İranda partlayış – 3 ölü, 10 yaralı

İranın paytaxtı Tehran şəhərində partlayış baş verib.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Partlayış Tehranda bir avtomobil təmiri sexində bilinməyən səbəblə meydana gəlib.

Qəzanın səbəbləri araşdırılır.(Yeni Sabah)