İranda neft kəməri yanır: əhali təxliyə edildi

İranın Xuzistan vilayətində Ümidiyyə-Əhvaz neft boru kəmərində yanğın baş verib.

Sozcu.az xəbər verir ki, yanğının baş verməsinə səbəb kimi təmir işləri zamanı buldozerin boruya toxunması göstərilib.

Yanğına görə yaxınlıqdakı Salehabad kəndinin əhalisi təxliyə edilib.

Hazırda alovun söndürülməsi istiqamətində işlər aparılır.(Axar.az)