İranda güclü yanğın: ölənlər var

İranın Qum əyalətində güclü yanğın baş verib.

Sozcu.az xəbər verir ki, yanğın Sələfçeqan sənaye şəhərciyində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 fəhlə ölüb, 8-i isə xəsarət alıb.

Yaralıların bəziləri xəstəxanaya yerləşdirilib, bir qismi isə hadisə yerində müayinə olunub.

Qeyd edək ki, yanğının söndürülməsinə təcili yardım avtomobilləri və helikopter cəlb olunub.

Facebook Comments