İran XİN-i ABŞ-ın xarici siyasətini terrorçuluqla müqayisə etdi

İran tərəfi Birləşmiş Ştatların siyasi metodlarını terrorçuluq sayır.

“Reuters” xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Abbas Musəvi deyib.

Xatırladaq ki, ABŞ-ın İranla bağlı xüsusi nümayəndəsi Brayan Huk İranın “Qüds” adlı xüsusi hərbi birləşməsinin yeni rəhbəri İsmayıl Kaanini ölümlə təhdid edib.

“Əgər Kaani amerikalı əsgərləri öldürməyə cəhd edərsə, biz onu məhv edəcəyik”, – deyə Huk vurğulayıb.

A.Musavi hesab edir ki, Hukun sözləri terrorçuluğun bariz nümunəsidir.

Facebook Comments