İran uranı zənginləşdirməyi dayandırmalıdır – Pompeo

Vaşinqton Tehranı uranın zənginləşdirilməsi prosesini dayandırmağa çağırır.

Sozcu.az xəbər verir ki, bu bəyanatı ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Tehrana uranın istənilən səviyyədə zənginləşdirilməsinə izn verilməsi səhvdir:

“Çox az şəxs İranın nüvə razılaşması imzalanana qədər onun şərtlərini pozmasına şübhə ilə yanaşır. ABŞ hesab edir ki, İrana uranın zənginləşdirilməməsinə izn verilməməsi ilə köhnə yayılmama standartları bərpa edilməlidir. ABŞ İrana nüvə silahı hazırlamağa izn verməyəcək və Tehrana öz fəaliyyət kursunu dəyişənə qədər maksimal təzyiqlərini davam etdirəcək. İran özünün nüvə ambisiyalarına son qoymalıdır. Heç bir razılaşma İrana öz gücüylə istənilən həcmdə uran zənginləşdirməyə izn verməməlidir. Vaşinqton İrana münasibətdə iqtisadi təzyiqlərini və diplomatik təcridi davam etdirəcək”.(Axar.az)