İran səfiri “persona non grata” elan etdi

Britaniyanın İrandakı səfiri Robert Makeyr “arzuolunmaz şəxs” elan edilib.

Axar.az xəbər verir ki, bu məlumatı İran Məhkəmə Hakimiyyəti rəsmi nümayəndəsi Qulamhüseyn İsmaili yayıb.

O, belə qərarın qəbuluna səbəb kimi səfirin ölkənin daxili işlərinə qarışmasını göstərib.

İsmaili səfirin tez bir zamanda deportasiya olunacağına ümid etdiyini deyib.

Qeyd edək ki, bundan öncə Britaniya səfiri İranda Ukrayna təyyarəsinin vurulmasına qarşı tələbələrin keçirdiyi etiraz aksiyasında iştirak etdiyinə görə İranda saxlanılmış, bu isə diplomatik qalmaqala səbəb olmuşdu.

 

Facebook Comments