İran regionu təhdid etdi: Od tutub yanacaq

İranın hərbi gücü və qabiliyyəti yüksək həddə çatıb. Əgər ABŞ bizə hücum etsə, bütün region od tutub yanacaq.

Axar.az xəbər verir ki, bu sözləri İranın Ali Məsləhət Şurasının sədri Möhsün Rzayi deyib.

“Belə olan halda regionda nə İsrail, nə onun dostlarının, nə də ABŞ-ın mənafeyindən əsər-əlamət qalacaq”, – M.Rzayi bildirib.