İran qazı üçün İrəvan Rusiyadan izn almalıdır – Vasadze

İran qazının Ermənistan və Gürcüstan vasitəsilə tranziti şübhəlidir.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında gürcü politoloq Gela Vasadze deyib.

“Bunu anlamaq bir suala cavab vermək lazımdır. Ermənistan qaz nəqliyyat sisteminin sahibi kimdir? “Qazprom-Ermənistan” şirkəti. Əgər onlar buna izn versələr, layihə reallaşa bilər, amma “Qazprom”un nəyinə lazımdır ki, rəqibini bura buraxsın? Mən düşünmürəm ki, “Qazprom” buna razılıq verəcək. Ermənistan ərazisində qaz tranziti Rusiyanın icazəsi olmadan gerçəkləşə bilməz” – deyə o bildirib.

O həmçinin qaz tranzitinin reallaşması üçün Ermənistanın “Qazprom”la razılaşmaya yenidən baxmalı olduğunu və amma bunun İrəvan üçün çox çətin olduğunu deyib:

“Problem odur ki, “Qazprom”la imzalanan razılaşmaya yenidən baxılması, Ermənistan-Rusiya münasibətlərinə yenidən baxılması anlamına gələcək. Yumşaq formada desək, bu, inandırıcı deyil. Buna mane olan həddən çox faktorlar var”.