İran, Liviya və Venesuela yenə də “OPEC+”dən kənarda qaldı

Neft hasilatının azadılması üzrə “OPEC+” sazişinin müddətinin uzadılmasında İrana yenə istisnalar tətbiq edilib.

“RİA Novosti” xəbər verir ki, İranın neft naziri Bijən Zəngənə jurnalistlərə açıqlamasında bunu təsdiqləyib.

“Bəli, əvvəlki kimi”, – o deyib.

Nazir istisnaların, həmçinin Liviya və Venesuelaya da aid olduğunu təsdiqləyib.

Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının iclasında neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin 9 ay uzadılması barədə qərar qəbul edilib.

“OPEC+” üzrə növbəti görüş bu il dekabrın 5-də Vyanada keçiriləcək.