İran iki azərbaycanlını məhkəməyə çağırdı

Güney azərbaycanlı milli-mədəni fəallar Əta Kərimi və Əli Əzizi Urmiya İnqilab Məhkəməsinin 6-cı şöbəsinə çağırılıb.

Sozcu.az xəbər verir ki, onların hansı səbəbdən məhkəməyə çağırıldığı açıqlanmayıb.

Qeyd edək ki, Əta Kərimi və Əli Əzizi daha əvvəl də ETTELAAT əməkdaşları tərəfindən saxlanılıb. Fəalların sistemin əleyhinə təbliğat aparmaqda ittiham edildiyi bildirilib.(Axar.az)