İran güneylilərin topladığı yardımı əllərindən alır – Video

Güney Azərbaycanın Urmiya bölgəsində xalqın topladığı yardımlar hökumət tərəfindən məcburi şəkildə götürülür.

Sozcu.az xəbər verir ki, yığılan vəsaiti güc tətbiq etməklə alan hökumət qüvvələri yardım kampaniyasını təşkil edənlərə töhmət veriblər. Onlar toplanan yardımı türkmənlərə və Qaşqay türklərinə verəcəklərini iddia ediblər.

Yerlilər isə İranın xalqın yardım kampaniyası çərçivəsində topladığı vəsaiti İraq və Suriyaya, terrorçulara göndərəcəklərini vurğulayıblar.

Qeyd edək ki, İranın türkmənlər yaşayan bölgəsində baş verən sel fəlakətinə biganə yanaşan hökumətə cavab olaraq Güney Azərbaycanın bir çox şəhərlərində yardım mərkəzləri təşkil olunub, aksiya çərçivəsində türkmənlər və qaşqaylar üçün qida, çadır, geyim yığılaraq fəlakət zonasına göndərilirdi.(Axar.az)