İran buna görə “xəstəliyə” tutuldu – İsmayıl Səidi

Ölkənin iqtisadi problemləri hakimiyyət orqanlarının yanlış əməllərindən qaynaqlanır.

Sozcu.az xəbər verir ki, bu sözləri Təbriz əhalisinin İslami Şura Məclisində təmsilçisi Məhəmməd İsmayıl Səidi deyib.

“Ölkə iqtisadiyyatının mövcud problemləri, o cümlədən sanksiyalar, qiymət artımı, milli valyutanın dəyərdən düşməsi illər öncə təxmin edilmişdi. Xam neftin satılması və başqa amillər iqtisadiyyatın “xəstəliyə” tutulmasına səbəb oldu. Ölkə iqtisadiyyatının hazırkı durumu ABŞ sanksiyalarından çox, məsulların yanlış əməllərindən qaynaqlanır. Əgər məsullar öz işlərində məsuliyyətli olsaydılar, ölkə iqtisadiyyatının vəziyyəti indikindən daha yaxşı olardı”, – o bildirib.(Axar.az)