İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi

İran hərbçiləri BƏƏ-yə məxsus tankeri ələ keçirib.

Sozcu.az xəbər verir ki, bu məlumatı CNN televiziyası öz mənbələrinə istinadən yayıb. Məlumata görə, ələ keçirilən tanker Panama bayrağı ilə hərəkət edib.

Tankeri SEPAH-ın döyüş katerləri İranın ərazi sularına hərəkətə məcbur ediblər.

CNN insidentlə əlaqədar rəsmi Əbu–Dabinin hələlik heç bir açıqlama vermədiyini bildirib.