İran ABŞ-a hücum etsə, zavodlarını məhv edəcəyik – Senator

Əgər İran ABŞ və müttəfiqlərinə hücum etsə, neft emalı zavodlarının məhv edilməsi də daxil olmaqla, ən ağır bədəllər ödəyəcək.

Sozcu.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrehem deyib. Onun sözlərinə görə, İran neft ticarətini davam etdirmək istəyirsə, ABŞ-a və müttəfiqlərinə qarşı hücumlardan, eləcə də dünyada terrorizmin himayədarı olmaqdan əl çəkməlidir:

“İranın təcavüzü davam etdiyi təqdirdə, mən bu ölkənin neft ayırma zavodlarından birində işləyən işçilərin yerində olsaydım, özümə başqa iş tapardım”.

Facebook Comments