İnyesta yenidən “Barselona”da?

“Barselona”nın baş məşqçisi Kike Setyen komandanın sabiq futbolçusu Andres İnyestanın geri qayıtmasını istədiklərini deyib.

Sozcu.az İspaniya mətbuatına mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis 35 yaşlı müdafiəçinin Kataloniya təmsilçisində yenidən çıxış etməyinin mümkün olduğunu bildirib: “Hansı əfsanəvi futbolçunu komandada görmək istəyərəm? İnyestanı. O, hələ karyerasını başa vurmayıb. Ola bilər ki, onu geri qaytaraq”.

Qeyd edək ki, hazırda “Vissel Kobe”nin formaslnı geyinən A.İnyesta 2002-2018-ci illərdə “Barselona”da çıxış edib.(Qol.az)

Facebook Comments