“İnter”in yeni baş məşqçisi Konte oldu-RƏSMƏN

İtaliyanın “İnter” kulubunun yeni baş məşqçisi məlum olub.

Sozcu.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Müqavilənin detalları barədə açıqlama verilməyib.İtaliya mətbuatı A seriyası təmsilçisinin 49 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, “İnter” dünən baş məşqçisi Luçano Spalettini istefaya göndərib.

Xatırladaq ki, Konte son olaraq 2016-2018-ci illərdə “Çelsi”ni çalışdırıb.