“İnsanları dolamaq olmaz” – Ayan

“Maşın” realiti-şousunu ötən gecə tərk edən müğənni Ayan Babakişiyeva açıqlama verib.
Sozcu.az xəbər verir ki, oyunun İnstaqram səhifəsində yerləçdirilən videoda sənətçi əlini avtomobildən çəkməsinin səbəblərini açıqlayıb:

“Fatma xanım o qədər çarəsiz idi. Ürəyi gəlmirdi kimisə çıxarsın. Gənclərə deyir, dəstək olacam, qızlar üzünə baxırdı. Burada hər gün adam azalır. Gördüm ki, Fatma xanım səs toplayıb, özü gedəcək. Anladım ki, o, burada qalmalıdır.

İnsanlar nəyindənsə keçib səs verib. Onları dolamaq olmaz. O da qərarsız qalmışdı. Bir çoxlarının maşına və burada qalmağa ehtiyacı var. Qızım məni çağırıb, mütləq getməliyəm”.(Axşam.az)