İnsanlar niyə depressiyaya düşür? – BİLMƏDİYİNİZ FAKTLAR

Son zamanlar depressiya bir çoxlarının baş bəlasına çevrilib. İnsanlar niyə depressiyaya düşür?Bu melonxolik vəziyyətdən çıxış yolu varmı?

Sozcu.az xəbər verir ki, türkiyəli psixiatr Kaan Koran depressiya haqqında geniş araşdırma aparıb.

Bəzən özümüzə ”həyatımda məni sıxan, məni kədərləndirən heç nə yoxdur. Niyə mən depressiyadam?” sualını veririk. Halbuki depressiya böyük səbəblər olmadan da ortaya çıxa bilir. Lakin onu da bilməliyik ki, hər kədərləndiyimiz, xoşbəxt olmadığımız anlar depressiya deyil. Təbibi hadisələrin ardından gələn reaksiyanı qısa müddət ərzində depressiya adlandıra bilmərik. Çünki həmin üzüntü, həyatın içində olan, normal qəbul etdiyimiz ”yas” reaksiyası da ola bilər. Lakin belə vəziyyət uzun müddət davam edərsə, buna mütləq mütəxəssis tərəfindən müdaxilə olunmalıdır.

Psixiatırlar iddia edirlər ki, depressiya genetikdir. Belə ki, valideynlərdən hansısa depressiyaya meyillidirsə, həmin insan da melanxolik vəziyyətə asanlıqla düşə bilər. İçki və narkotik də depressiyaya düşməyə səbəb yarada bilir. Gündəlik həyatdakı çətinikləri özündən dəf edə bilməmək də depressiyaya səbəbi ola bilər. Uzun müddətli ağrı, xroniki xəstəliklər və dərman istifadəsi də insanları melanxolik vəziyyətə sürükləyir.

Belə ki, evlilik qadınlarda depressiya riskini artıran, kişilərdə azaldan faktordur.

Bu arada qadınlar kişilərə nisbətən depressiyaya düşməyə 2 dəfə artıq meyillidirlər. Bunun bir sıra səbəbləri var.

Qadınlarda hormonal dəyişiklik, kişi-qadın arasında gender bərabərsizliyi, müharibə, köç dövrü depressiyaya düşmək riskini artırır.

Depressiya yaradan göstəricilər bunlardır:

Gün boyu davam edən kədərli hal, həyatdan zövq ala bilməmək, iştah problemi və ya çox yemək, insanlarla davranışda əsəbilik və ya özünü dəyərsiz hiss etmək , gün boyu yatmaq istəyi, diqqət və konsentrasiya problemi, ölüm haqda düşünmək.

Qeyd edək ki, depressiyaya düşən insanlar intihara meyilli olurlar. (ölkə.az)

Facebook Comments