İngiltərədə çempion bəlli oldu: “Mançester Siti” və “Liverpul”…

“Mançester Siti” klubu İngiltərə Premyer Liqasının qalibi olub.

Sozcu.az xəbər verir ki, çempionatın sonuna qədər “Liverpul” klubu ilə gərgin mübarizə aparan Mançester təmsilçisi son turda “Briqton”a 4-1 qalib gələrək, turnir cədvəlini 98 xalla birinci bitirib və kubokun sahibi olub.

“Liverpul” isə “Vulverhepton”a 2-0 qalib gəlib və xallarının sayını 97-yə çatdırıb. Komanda bu nəticə ilə çempionatı 2-ci bitirib.(Axar.az)