İnfarkt keçirən müğənni vəfat etdi

Türk pop musiqisinin sevilən ifaçılarından olan müğənni Serpil Barlas 64 yaşında dünyasını dəyişib.

Sozcu.az Axşam.az-a istinadən bildirir ki, sənətçi Beşiktaşdakı evində dünyasını dəyişib. Yaxınları Serpilin infarktdan həyatını itirdiyini bildirib.

Müğənni Feriköy qəbiristanlığında nənəsinin yanında dəfn ediləcək.

Qeyd edək ki, 1980-ci illərdə səsləndirdiyi ifaları ilə böyük fanat ordusu toplayan Barlas, son zamanlar sosial layihələr təşkil edirdi.

Facebook Comments