“İndi də qardaşı məni hədələyir”

Müğənni Kərim Abasov küçədə onu döyən Elvin Ramazanov adlı şəxsin yaxınlarının onu hədələdiyini deyib.

Sozcu.az-ın məlumatına görə, sənətçi “Səhər-səhər” verilişində deyib ki, hazırda polis araşdırma aparır:

“O, mənə söyəndə, mən də onu təhqir etdim. O, edəcək, mən yox? Sonra başladım onu videoya çəkməyə, düşdü maşından mənə yumruqlar vurdu. Hələ də ağzımı ağrıdan aça bilmirəm. Boyu 1,80-dən yuxarı, kürəyi enli… Onunla bacara bilməzdim. Mənim qaldıra bildiyim ən ağır yük mikrofondur.

Hadisədən sonra adamın qardaşı, qohumları ifa etdiyim restoranların qabağına gəlirlər. Günahı olan deyər, qələt edib, keç. Qardaşı gəlib qabağımda dayanıb deyir ki, bizimlə düşmənçilik aparma. Məni hədələyirdi. Bizim qanunlarımız var, hər şeyi araşdıracaq”.

Qeyd edək ki, Kərim küçədə bir şəxsin ona hücum etdiyi videosunu çəkib sosial şəbəkədə paylaşmışdı. O bildirib ki, oğlan özünü polis kimi təqdim edib.

Elvin Ramazanov isə açıqlamasında K.Abasovun yalan danışdığını, əslində sənəntçinin ona söydüyünü açıqlayıb.(Axşam.az)