Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_nemeteliyev558.jpg
Nemət Əliyev: ''Minlərlə yaşlı insan pensiya təminatından məhrum olub''

 2018-ci ilin əvvəlinə ölkədə pensiyaçıların ümumi sayı 1318,4 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, onlardan 11,1 faizi işləyən pensiyaçılardır:

“Ölkə iqtisadiyyatında məşğul olanların hər 1000 nəfərinə hesabı ilə pensiyaçıların sayı 273 nəfər, yaşa görə pensiya alanların sayı isə 161 nəfərdir”.

Məlumatda o da bildirilir ki, 2018-ci ilin əvvəlinə əhaliyə ödənilən pensiyaların orta aylıq məbləği 208,4 manat olub. Bu da orta aylıq nominal əmək haqqının 39,5 faizini təşkil edib.

Komitənin hesabatında görünür ki, bu il pensiyaçıların sayı ötən illərdəkinə nisbətən azalıb. Ötən illərə baxanda 2018-ci ildə pensiyaçıların sayı 20,9 min nəfər azalıb. Say 1320,4 mindən 1299,5 minə düşüb.

İqtisadçı Nemət Əliyev deyir ki, burada pensiya yaş həddinin qaldırılmasına dair dövlət başçısının bir müddət əvvəl imzaladığı sərəncamın böyük rolu var:

“Azalma kifayət qədər çoxdur. 20 min nəfərdən artıq. Orta aylıq pensiya məbləğinin 222,6 manat olmasını nəzərə alıb sadə hesablama etsək, məlum olur ki, hökumət pensiyaçıların hesabına bir aya 4,6 milyon manat, bir ilə 56 milyon manat irəli düşüb”.

Nemət Əliyev deyir ki, minlərlə yaşlı insanın pensiya təminatından məhrum olması bahasına başa gələn bu “islahat” yeni pul qaynağı kimi cəlbedici olduğuna görə növbəti bir neçə ildə də davam edəcək.

Ötən ilin noyabrında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasındakı çıxışında demişdi ki, gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər olacaq. Bu isə pensiya alanların sayının azalmasından xəbər verir.

2018-cı il 1 oktyabr tarixinə görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 309 min nəfər olub.

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.(Meydan tv)

Bölmənin digər xəbərləri

17 Fevral 2019 Məşhur polis rəisinin obyektində qanunsuz yol nişanı
16 Fevral 2019 Burada rüşvəti açıq-aşkar istəyirlər... - İTTİHAM
16 Fevral 2019 Təhsil Nazirliyinə 7 mühüm təklif
15 Fevral 2019 Şəkidə: 450 manata görə qardaşımı əməliyyat etdilər, uğursuz alındı
15 Fevral 2019 Atatürk parkındakı obyektlər sökülmədi, ağaclar kəsildi, yeni obyekt tikilir – Fotolar
14 Fevral 2019 23 yaşlı gənc: Məni ölməyə qoymayın
14 Fevral 2019 Qazax səhiyyəsində bazar qaydaları... - İTTİHAM
13 Fevral 2019 ''İnsanlar əsas problemlərinin bank kreditləri üzrə ödənişləri olduğunu deyilər''
12 Fevral 2019 ''Maaş artımı tətbiq edilmədən qiymətlər qalxıb''
12 Fevral 2019 “Nə iş təklif edirlər, nə də işsiz kimi qeydə alırlar” - Şikayət
12 Fevral 2019 Nazirlik təhsili olmayan şəxslərin bacarıqlarının tanınması üçün layihə hazırlayıb
12 Fevral 2019 Ucar Pambıq Emalı Zavodunda insanları işsiz qoyan məmurun məqsədi nədir? - Şikayət
11 Fevral 2019 Şirkət “pilot layihə“ adı altında vətəndaşın mənzilini əlindən aldı – “Qismət-M Construction” MMC-dən şikayət
10 Fevral 2019 Bu ailənin köməyə ehtiyacı var
09 Fevral 2019 Özəlləşdirmə ilə bağlı yeni tələblər- Obyektlərə 10 il sonra dəyişiklik edilə bilər
09 Fevral 2019 Məlumat Hesablama Mərkəzi "Lightest” – Kopenhagendə keçirilən konfransda təmsil olunub
07 Fevral 2019 Şirin Cəfəri: “Əsassız məlumatlar həqiqəti ifadə edə bilməz”
06 Fevral 2019 İcra başçısı dünənki zəlzələdən danışdı
06 Fevral 2019 Prezident FHN-ə, xanımı könüllülərə tapşırıq verdi
05 Fevral 2019 "WhatsApp"da silinmiş mesajları bu yolla oxuya bilərsiniz
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.