Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_deyyur1.jpg
Facebook sosial şəbəkəsində böyük səhifələrdən biri olan "Azerbaycanrealligi" səhisənin yönəticisi və Azerbaycanrealligi.com saytının rəhbəri, tanınmış blogger Dəyanət Babayevin səhhətində ciddi problemlər yaranıb.

Sozcu.az xəbər verir ki, bu barədə məlumat verən Dəyanət Babayev bildirib ki, Həkim dedi ki, problem çox ciddidir, dönüş olmasa, hətta ürək tranplantasiya olumalıdır:

"Bu gün Facebook dostum, dəyərli nevropotoloq həkim Yeganə Rəşidovanın maddi və mənəvi köməkliyi ilə Cərrah Tədris Klinikasında (ATU) nevroloji aparatlardan keçdim. Nevroloji ciddi problem aşkar olmadı. Daha sonra Əhmədli ərazisində yerləşən Diaqnoz mərkəzində yenə Yeganə xanımın köməkliyi ilə ən yüksək keyfiyyətli aparatda ürəkdən EXO kardioqramma olundum. 15 günlük yenə müalicə üçün dərmanlar yazdılar. Həkim dedi ki, problem çox ciddidir, dönüş olmasa, hətta ürək tranplantasiya olumalıdır. Həkimdən çıxanda adi metro piləkənini çıxa bilmədim. Gözüm qaraldı, bir az gəzən kimi mədəmdə ağrılar yaranır, sanki partlayacaq. Daha sonra Gürcüstanda olan bir alman həkimə dostlar vasitəsi ilə müayinələrimin cavablarını göndərdim. O, cavaba baxanda deyib ki, bunda kəskin ürək döyüntüsü var. Bu cür ürək döyüntüsü olana aparatla düzgün diaqnoz verilməsi mümkün deyil, birinci ürək döyüntüsünün qarşısını almaq, daha sonra aparat vastəsi ilə diaqnoz qoymaq olar. Həmin alman həkim həftənin 2-ci gününə kimi Tiflisdədir. Deyir ki, gəlsin baxaq, olmasa, Təbrizdə tələbə yoldaşı var, onun yanına gedər, o həkim baxıb diaqnoz qoyar. Buna da maddi imkanım yoxdur . Bir sözlə, Azərbaycan həkimləri mənə öləcəksən sözün deməsələr də, deməklərindən o qənaətə gəlmək olur. Amma Azərbaycanlı olmayan həkimlər yaşamağa ümüd verir.
Dostlar, mən artıq özümə çox qapanmışam, bütün günü fikir edirəm, mənə kömək edin, təsəlli verin, çıxış yolu göstərin, buna ehtiyacım var".
b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_ddey.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_dddyy5.jpg

Bölmənin digər xəbərləri

17 Fevral 2019 Məşhur polis rəisinin obyektində qanunsuz yol nişanı
16 Fevral 2019 Burada rüşvəti açıq-aşkar istəyirlər... - İTTİHAM
16 Fevral 2019 Təhsil Nazirliyinə 7 mühüm təklif
15 Fevral 2019 Şəkidə: 450 manata görə qardaşımı əməliyyat etdilər, uğursuz alındı
15 Fevral 2019 Atatürk parkındakı obyektlər sökülmədi, ağaclar kəsildi, yeni obyekt tikilir – Fotolar
14 Fevral 2019 23 yaşlı gənc: Məni ölməyə qoymayın
14 Fevral 2019 Qazax səhiyyəsində bazar qaydaları... - İTTİHAM
13 Fevral 2019 ''İnsanlar əsas problemlərinin bank kreditləri üzrə ödənişləri olduğunu deyilər''
12 Fevral 2019 ''Maaş artımı tətbiq edilmədən qiymətlər qalxıb''
12 Fevral 2019 “Nə iş təklif edirlər, nə də işsiz kimi qeydə alırlar” - Şikayət
12 Fevral 2019 Nazirlik təhsili olmayan şəxslərin bacarıqlarının tanınması üçün layihə hazırlayıb
12 Fevral 2019 Ucar Pambıq Emalı Zavodunda insanları işsiz qoyan məmurun məqsədi nədir? - Şikayət
11 Fevral 2019 Şirkət “pilot layihə“ adı altında vətəndaşın mənzilini əlindən aldı – “Qismət-M Construction” MMC-dən şikayət
11 Fevral 2019 Azərbaycanda pensiyaçıların sayı azalıb
10 Fevral 2019 Bu ailənin köməyə ehtiyacı var
09 Fevral 2019 Özəlləşdirmə ilə bağlı yeni tələblər- Obyektlərə 10 il sonra dəyişiklik edilə bilər
09 Fevral 2019 Məlumat Hesablama Mərkəzi "Lightest” – Kopenhagendə keçirilən konfransda təmsil olunub
07 Fevral 2019 Şirin Cəfəri: “Əsassız məlumatlar həqiqəti ifadə edə bilməz”
06 Fevral 2019 İcra başçısı dünənki zəlzələdən danışdı
06 Fevral 2019 Prezident FHN-ə, xanımı könüllülərə tapşırıq verdi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.