Xəbər lenti

fazilmussttrr.jpgPrezidentin 2019-cu il girəndən atdığı addımlar göz qabağındadır.

Sozcu.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, ölkə başçısının şəhid ailələrinin qayğısına qalması, onlarla görüş təşkil etməsi, zəlzələdən zərər çəkənləri birbaşa evlərində ziyarət etməsi, ağbirçək qadınla dialoqu cəmiyyət tərəfindən də müsbət qarşılanıb:

“Əslində, bunlar Prezidentdən gözlənilən addımlar idi və əvvəllər də bu cür jestlər ölkə başçısı tərəfindən edilib. Ümumiyyətlə, son dövrlər idarəetmədə çeviklik hiss olunmağa başlayır. Artıq ölkə başçısı yalan informasiya verən, onu hər şeyin yaxşı olduğuna inandırmağa çalışan şəxsləri bir kənara qoyub, özü bilavasitə prosesin içində olmağa üstünlük verir. Bütün məsələlərə də özü müdaxilə edir. Meşədən giləmeyvə yığılması ilə bağlı NK-nin qərarı haqlı narazılıq yaratmışdı. Prezident buna dərhal özü reaksiya verdi. Bu, müsbət bir tendensiyadır”.

Millət vəkili qeyd edib ki, Prezidentin bu addımlarının davamı yaxşı kadrlarla gəlməlidir:

“Son vaxtlar müsbət kadr dəyişiklikləri də baş verir. Əlbəttə, kadr önəmlidir, ümid edirəm ki, kadr siyasətini daha əhatəli şəkildə həyata keçirmək üçün bundan sonra da addımlar atılacaq. Buna cəmiyyətdə də çox inam var. Amma hesab edirəm ki, sistem dəyişikliyi də olmalıdır və gözlənilir. Məsələn, məhkəmə sistemi ilə bağlı radikal islahatlara gedilməlidir”.

Millət vəkili vurğulayıb ki, qarşıdakı günlərdə Prezident tərəfindən bu istiqamətdə qərarlar qəbul ediləcəyini düşünür:

“Məsələn, minimum əməkhaqqının birdən-birə 50 manat artırılması kifayət qədər müsbət addımdır. Son illərdə birdən-birə əməkhaqqının bu qədər artırılması olmamışdı. Bu, Prezidentin əhalinin yaşayış səviyyəsi ilə tam real şəraitdə tanış olmasından sonra atılan addım idi”.

F.Mustafanın sözlərinə görə, ölkə başçısının Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərmanı da olduqca müsbət addımdır:

“Parlamentin və televiziyaların canlanması lazımdır. Parlamentdə keçirilən müzakirələrin səviyyəsi qaldırılmalıdır. Televiziyalarda normal debatların keçirilməsinə böyük ehtiyac var. Sosial Tədqiqatlar Mərkəzi vasitəsi ilə obyektiv rəy sorğusu keçirib, real vəziyyət ölkə prezidentinə çatdırılmalıdır ki, alınan qərarlar xalqın marağı ilə üst-üstə düşsün. Bütün bunlar kompleks tədbirlərdir. İqtidarın reytinqi bu gün kifayət qədər yüksəkdir, hesab edirəm ki, bu reytinqi bu cür addımlarla qalıcı və daimi etmək olar”.

Bölmənin digər xəbərləri

16 Fevral 2019 Siyavuş Novruzovla bağlı sərəncam verildi
15 Fevral 2019 Pənah Hüseyn istefalardan danışdı:“Belə bir addım atmaları çox ayıb iş olar” – MÜSAHİBƏ
15 Fevral 2019 Türkiyəli nazir Azərbaycana səfər edəcək
13 Fevral 2019 Cəmil Həsənli: “Hakimiyyətin faciəsi ironiyaya çevrildiyi gündən başlayır”
13 Fevral 2019 ATƏT-in Parlament Assambleyası qış sessiyasına toplanır
13 Fevral 2019 İsgəndər Həmidov və Ağasif Şakiroğlu Qarabağ Komitəsindən istefa verdilər - İLGİNC SƏBƏBLƏR
13 Fevral 2019 Məmməd İbrahim azadlıqda
12 Fevral 2019 Sülh üçün müharibəyə hazırlaşmalıyıq - Paşinyan
12 Fevral 2019 Atadan və qaynatadan yarıyan Cuma… Əhmədzadə “Canik” kimi milyonları Londona necə daşıyıb?
12 Fevral 2019 Bakı meriyası mitinqə icazə vermədi
11 Fevral 2019 İlham Əliyev niderlandlı sədri qəbul etdi — YENİLƏNİB
09 Fevral 2019 Poroşenkonun borcu var - Ukrayna MSK
09 Fevral 2019 Binəli Yıldırım Qüdrət Həsənquliyevi təltif edib- FOTOLAR
06 Fevral 2019 Müsavatın Gənclər Təşkilatının sədrinə saxta arayışı kim verib?
06 Fevral 2019 QAT Ermənistana gedən jurnalisti ittiham etdi: "Xəyanət edirlər"
05 Fevral 2019 Davutoğlu Ərdoğana qarşı yeni partiya yaradır? - Açıqlama
05 Fevral 2019 Müsavat Partiyası Abbas Lisaninin azad olunmasını tələb edir
05 Fevral 2019 İlham Əliyev yeni icra başçısı təyin etdi
04 Fevral 2019 Saakaşvilinin Gürcüstana qayıdış qərarını açıqlayacağı gün bəlli oldu
03 Fevral 2019 İsrail tarixi qərar verdi - BMT-dən reaksiya.
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.