Xəbər lenti

zamiq258.jpg
Bu gün Zamiq Hüseynovun Heydər Əliyev Sarayında konserti baş tutub.

 Sozcu.az xəbər verir ki, ilk mahnıya hazırlaşan heyətin canlı çıxışı sarayın daxili foyesindən müğənninin müşahidəsi ilə başlayıb.

İlk mahnının ifasından sonra Zamiq hədsiz dərəcədə həyəcanlı olduğunu, lakin bu gün özünü olduqca xoşbəxt hiss etdiyini deyib.

“Vaxtı ilə bu möhtəşəm sarayın yanından ötərkən düşünürdüm ki, görəsən nə zamansa bu sarayda heç olmasa iki-üç mahnı oxuya biləcəm? Nəhayət, bu xoşbəxt gün yetişdi”, - Zamiq bildirib.

Zamiq konsertində "Bəyaz mələyim", "Badamlı", "Orda biri var, o da ki sənsən", "Sən olmasan", "Kaman" və sairə məşhur mahnılarını səsləndirib.

Konsertdə İlqar Muradov, Röya Ayxan, Teymur Əmrah, Zülfiyyə Xanbabayevə, Nərgiz Cəlilova, Elşad Xose və digər tanınmışlar iştirak edib.(Axar.az)

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.