
Moskvada Rusiyanın xalq artisti Sergey Yurski vəfat edib.
Sozcu.az bildirir ki,bu barədə mərhum aktyorun çalışdığı Mossovet teatrından açıqlama verilib. aktyor 84 yaşında Moskvada dünyasını dəyişib.
Qeyd edək ki, Sergey Yuryeviç Yurski 1935-ci martın 16-da Sankt-Peterburq (o vaxtkı Leninqrad) şəhərində anadan olub.
O, Mossovet adına Teatrın aparıcı aktyorlarından biri olub. Aktyor “Qızıl buzov” filmindəki Ostap Bender, “Görüş yerini dəyişmək olmaz” serialındakı İvan Sergeyeviç Qruzdev kimi rolları ilə məşhurluq qazanıb. Azərbaycanda isə o, “Dərviş Parisi partladır” kinosunda Müsyö Jordan, “Qorxma, mən səninləyəm”də polis rəisi, “Şir evdən getdi”də qəzəbli ovçu kimi yaratdığı obrazlarla tanınıb.
Ötən ilin dekabr ayından ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən S. Yurskinin vəziyyəti normallaşsa da sonradan yenidən pisləşib. S.Yurski 1935-ci ildə Leninqradda anadan olub. Leninqrad Universitetinin hüquq fakültəsini bitirib. 3-cü kursdan Leninqrad Tetar İnstitutuna keçib. S.Yurski sovet filmlərində bir çox yaddaqalan obrazlar yaradıb. Azərbaycan tamaşaçıları onu “Dərviş Parisi partladır” filmində müsyö Jordan rolu ilə xatırlayırlar.
