Xəbər lenti

fexreddin_manafov.jpg
Xalq artisti Fəxrəddin Manafov Səməd Vurğun adına Rus Dram Teatrından getməsi xəbərlərini təsdiq edib.

 F.Manafov 1nyus.az-ın redaksiyasına məktub göndərib. Teatr aktyorun işinin başında olduğunu desə də o, bunu inkar edib:

"Sadəcə, piar lazım idi. Teatrın kassasına 2-3 min daha tamaşaçı cəlb etmək üçn afişaya mənim adımı yazmaq lazım olub. Allah eşqinə, mən buna qarşı deyiləm. Ancaq nə vaxt ki, maraqlı, yaddaqalan iş görməyə başlayırsan, bu, kiminsə xoşuna gəlmir, qıcıqlandırır və müqavimətə səbəb olur.

Teatrda 2 ay sürən işdən sonra böyük aktrisamız Şəfiqə xanım Məmmədova teatra zəng edərək mənim yenidən səhnəyə qayıtmağımla bağlı sevincini ifadə etdi və Fəxrəddin Manafov üçün lazımi iş şəraitinin yaradılması üçün məsləhət verdi. Onu isə belə əmin etmişdilər: "Narahat olmayın, Şəfiqə xanım. O, özü üçün bütün şərtləri yaradır”. Bu tamamilə düz idi”.

Aktyor teatra gəldiyi ilk gündən səhnədə normal professional iş üçün lazım olan sadə, elemenetar şeyləri tələb etməli olduğundan şikayətlənib:

"Ayda bir dəfə oynanılan tamaşadan qabaq məşqləri tələb etmək lazım gəlirdi. Görünür, bu, teatrda çoxdan unudulmuşdu.

Aylarla səhnəyə çıxmayan balet truppası, yaxud yarışlardan qabaq məşq etməyən idman komandası təsəvvür edin. Hər dəfə bu ətalətin öhdəsindən gəlmək isə sağlamlığıma və həyat enerjimə başa gəlirdi.

Sən səhnədə, tamaşaçı isə zalda olarkən tərəf-müqabilinin atmacalarını, kulisdə danışılan söhbətləri, səs-küy, gurultunu eşidə bilərdin.

Bunun üzərində bir nəticəyə nail oldum. İşçilər arasında bu ifadə gəzməyə başladı: "Manafov oynayanda kulislərdə sükutddur”.

Manafov teatrın gənc əməkdaşlarının yeni tamaşaların məşqi zamanı mobil telefondan çox istifadə etmələrindən də narazılığını bildirib:

"Ən ağırı isə nəyisə qışqıraraq tələb etmək idi. Yoxsa, səni eşitmirdilər və nəticə olmurdu. Bir növ karlıq epidemiyası yayılmışdı. Mən qışqırmaqdan çox yorulmuşdum.

Yalnız bir gözəl dövr olmuşdu: o da İrina Mixaylovnanın rejissor köməkçisi işlədiyi dövr idi. Peşəkarlığın nə demək olduğunu bilən insan... O, mənə "Fəxrəddin müəllim, sizinlə bir məşq bir universitetə bərabərdir” deyərdi. Ancaq təəssüf ki, İrina Mixaylovna tezliklə teatrın kitabxanasına transfer oldu.

Mənim yanımda tezliklə administrasiyadan truppada bərabərliyə cavabdeh olan xanım peyda oldu. "Hər şey dəyişən və dəyişiləndir”. O, mənə sovet dövrünün pioner qızını xatırladırdı. O əlbəttə orta məktəb üçün pis deyildi, ancaq teatrda pioner-məktəblilər işləmir.

Pioner-qız mənə öz məsləhətləri ilə yaxınlaşmağa başladı: hamı kimi olmalı, hamının etdiklərini etməli idim. Sonda isə "Sən göbək deyilsən” dedi və nə olduğumu da bildirmədi.

Praqaya gedib Vaslavski meydanında Avropanın göbəyini qucaqlamaq və ona gileylənmək üçün ürəyimdə güclü istək yarandı. "Mən heç vaxt hamı kimi ola bilmərəm, olmadım və olmayacam. Mənim müəllimlərim də belə olmayıb”.
Sozcu.az

Bölmənin digər xəbərləri

16 Fevral 2019 Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib
08 Fevral 2019 Məşhur aktyor vəfat etdi
08 Fevral 2019 "Müsyö Jordan” vəfat edib
07 Fevral 2019 Hollivudun məşhur aktyoru Əhmədiyyə Cəbrayılovla bağlı bədii filmə çəkiləcək –FOTO
04 Fevral 2019 AzTV-də teletamaşa ənənəsi bərpa olunur
31 Yanvar 2019 Nailə İslamzadə AzTV-yə qayıdır?
25 Yanvar 2019 Ramiz Həsənoğluna AZTV-də yüksək vəzifə verildi – Direktor təyin olundu
23 Yanvar 2019 “Bundan sonra taleyimiz köç oldu” - Mərahim Nəsibin şerləri
15 Yanvar 2019 Poeziyamızın “2010-cular” nəsli – işıqlı imzalar (birinci yazı)
07 Yanvar 2019 “Qızıl Qlobus” mükafatının qalibləri açıqlandı –“Yaşıl Kitab” ən yaxşı komediya elan olunub
02 Yanvar 2019 “Axtarıram itirdiyim izimi” – Mərahim Nəsib
02 Yanvar 2019 Yusif Mustafayevə ağır itki
15 Dekabr 2018 Baş nazir Tahir Salahovun sərgisi ilə tanış olub
08 Noyabr 2018 Amaliya Pənahova vəfat etdi
23 Oktyabr 2018 "Müşfiqin qalıqlarının tapılması inandırıcı deyil" - Sərxan Carçı
16 Oktyabr 2018 Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
15 Oktyabr 2018 Nazim Hikmətin oğlu Fransada vəfat edib
07 Oktyabr 2018 Xalq artisti ailəsi ilə ABŞ-a köçür
23 Sentyabr 2018 Azərbaycanın milli musiqi alətləri Fransa muzeyinə hədiyyə edildi
23 Sentyabr 2018 Hikmət NİKBİNin Vaqif Bayatılı Odərə ünvanladığı misralar
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.