Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_serxxmn.jpg"Mikayıl Müşfiqin qəbir yerinin, qalıqlarının tapılmasını ən çox arzulayanlardan biri mənəm. Ancaq MTN arxivində repressiya araşdırmasi ilə məşğul olmuş bir şəxs kimi bəzi gerçəklikləri də bölüşmək istəyirəm".

Bunu Sozcu.az-a “Carçı” Araşdırma Mərkəzinin sədri Sərxan Carçı deyib: 

"Bir müddət öncə "Mir Cəfər Bağırovun məzarı başında" adlı məqalə yazmışdım. Məqalədə Mir Cəfər Bağırovun indi haqq dünyasına qovuşmuş qohumu Məmmədtağı Bağırova istinadən yazmışdım ki, atası sovet illərində güllələnmə almış iş adamı atasının dəfn olunduğu yeri axtararkən bəlli olub ki, onun atasını Mir Cəfər Bağırovun basdırıldığı yerdə basdırıblarmiş. Bir neçə lazımi analizdən sonra adam atasının da, Bağırovun da qalıqlarını aşkar edib.

Yazıda adını çəkmədiyim iş adamı ölməz şairimiz Mikayıl Müşfiqin qalıqlarını aşkarladığıni deyib. Bu vasitə ilə Bağırovun tapılmasına nə qədər inanmış olsam da, Müşfiqin qalıqlarının tapılması inandırıcı deyil".

Sərxan Carçı qeyd edib ki, Bağırovla Müşfiqin güllələnməsi arasında təxminən 20 il fərq var. Və 70-ci illərdə güllələnmiş bir şəxsi 56-ci ildə güllələnmiş şəxsin yanına basdırılması tarixi o qədər də köhnə və qaliz tarix deyil:


"Müşfiq 1938-ci il yanvar ayının 5-da güllələnib. (Hərçənd ki, bu barədə də fərqli fikirlər var). Və o illərdə kütləvi güllələnmə alan insanların ya özlərini, ya cəsədlərini Qaradağ qədər uzaqlığa aparıb çıxarmaqları heç inandırıcı deyil. 1937-38- çi illərdə güllələnlərə sadəcə "Bakı şəhəri" yazılıb, vəssalam. İndi hansısa qəbiristanlıq söbəti hardan çıxdı?! İndinin özündə də o qəbiristanlıqlara gedib çıxmaq çətin olduğu halda, 70 il bundan qabaq 'Xalq Düşmənini" aparıb hardasa xüsusi bir məzarda dəfn eləmək təsəvvürə belə gəlmir.

Qaldı ki, repressiya qurbanlarının kütləvi olaraq harda dəfn edilmələrinə, bu barədə müəyyən araşdırmalar etmişəm və bəzi məkanları bilirəm. Məsələn "Qurd qapısı"ndakı dərə, Xəzər dənizi, Nargin adası və s.

Sərxan Carçı qeyd edib ki, bu araşdırmaları rəhmətlik Dilbər xanım özü də edib, ona tam fərqli yer, Şamaxı deyiblər: Seyid Hüseynin övladları da araşdırma aparıblar və belə qənaətə gəliblər ki, öldürüb Xəzər dənizinə atıblar. Əhməd Cavadın böyük oğlu hələ sovet illərində bu barədə axtarıs edib, heç nə tapa bilməyib.

Xatırladaq ki, əslən azərbaycanlı olan Rusiya milyarderi Fərhad Əhmədov virtualaz.org-a açıqlamasında öz atası Teymur Əhmədovun qalıqlarını axtararkən Stalin illərində cəzalandırılanların bir çoxunun qalıqlarının da uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdiyini bildirib.

Elşən Əlisoy 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.