Xəbər lenti

aydincanyev.jpg
Aydın Canıyev 

Bizim yaltaq-yalaq, düşük-tülüngü, bambılı və dümbələk, dəmşalağ və danqaz, babasil və gemorroy şair-yazıçılarımızı, poltLOX və zurnalistlərimizi görəndə kövrəlməyin, "ah, yazıq Vətən" deyibən də millət üçün göz yaşı tökməyin. Onlardan Avropada və Rusiyada itə tökdür - yəni ki, yaltaqlıq və rüşvət Avropadan gəlib. Aleksandr Düma deyirdi ki, Azərbaycanda bir "sən öl!" bütün qanunlardan üstündür. Əlqərəz...

günAYDIN,

Uca Millətin, azsaylı xalqların, milli azlıqların və etniklərin möhtəşəm övladları!

Sizi "zavtrak"a dəvət edirəm:

Bir kasıb dul qadının oğlu vurur öldürür çoban yoldaşını. Təbii ki, "qana qan!" məcəlləsinin tələbinə uyğun bunu da edama məhkum edirlər. Tarix bəlli olur: 30 gündən sonra.
Bu kasıb dul ana geyinir zərxaranı, alır xurcunu, hər gün "Qobustan"a peredaça aparır. Camaat da baxır və ironiya, tənə edir: arvada (bəli, məhz "arvada" deyirlər, "ANAYA" demirlər) bax e, qırmızı geyinib, elə bil asılan bunun oğlu olmayacaq. Camaatın "arvad", mənim isə "ANA" dediyim bu qadın elə ilk "peredaça"nı verəndə oğluna deyir ki, oğul, dədəndən miras qalmışdı, istəyirdim böyüyəsən, evlənəsən sənə verim, day belə oldu, mən də neynirəm o boyda sərvəti sənsiz, getdim padşaha "xod" tapdım, razılığın aldım ki, səni əfv etsin. Bax, səni aparacaqlar, edam kürsüsünə çıxararlar, kisəni başına, kəndiri boynuna keçirəcəklər, o an... padşah "bağışladım deyəcək!" Sən gətirdiklərimi ye, özün də qəti fikir eləmə!
Bəli, 3..., 5..., 15..., 25... gün keçir. Bu "arvad" ANA hər gün al-qırmızı paltarda yemək aparır oğluna.

Oğlanı edam günü gətirirlər meydana. Camaat həyəcan içində, anaya ironiya-tənə ilə baxışda, Ananın isə gözünə deyil: adamın ağlını başından alan sevinc, gözlərində işıq, üzündə təbəssüm, oğluyla sanki bu dəqiqə dünya kruizinə çıxacaq görüntüdə.

Məhkəmə icraçısı hökmün icrasına başlamağı buyurur, konvoylar oğlanı kürsüyə qaldırır, oğlan təlaşlı baxışlarla Ananın gözlərinə baxır. Ana əminedici baxışlarla qarantiya verir ki, daha bir neçə dəqiqə və sən azadsan!
Kisə başa, kəndir boyuna keçirilib ayaq stulu itələməyə uzananda ANANIN NALƏSİ ərşə qalxır və özündən gedir!

"Şıxəliyev"in pullu "skoro pomoş"ları gəlib çıxınca ANA meyit kimi qalır ortada. Birtəhər özünə gələn ANAya hamı bir ağızdan sual edir:

- Ay arvad, düz bir ay zərxara, güləbətinli tumanda pay aparırdın, indi nə oldu nalə çəkib qəşş elədin?

ANA deyir:

- Mən oğlumu ölümdən qurtara bilməyəcəyimi anladım, amma bildim ki, heç vaxt yalan danışmadığım oğlumun inamından istifadə edib onu zülümdən qurtara bilərəm - onsuz da o inam daha işə yaramayacaq, qoy xərcləyim. Mən oğlumu zülümdən xilas üçün belə etdim.
Həə, əzizlərim, bizim bu müxalifət də O ANAnın günündədir! Bizi "ölüm"dən qurtara bilmir, heç olmasa, zülmdən qurtarmağa çalışır. Özünüz söyməyin, söyənləri də söyməyin, amma söyənlərin də söyməklərini qaxınc etməyin!

ANA olmağı bacarın bir azcana, laaap bir azcana.
Tikənizi udun, boğazınızda qalmasın! Nuş!

Bu da bir ömürdü belə yaşadıq,
Sonu nə olacaq deyə bilmərəm! - müəlifi xatırlamadım: mənim yaddaşımın südünə lənət!

***

günAYDIN

Uca Millətin, azsaylı xalqların, milli azlıqların və etniklərin möhtəşəm övladları!

haydı "obed"ə

Bir gün Fedya Kommunist Partiyasına üzv olmaq istəyir. Gəlir partkomun yanına. Partkom deyir:

- Fedya, deməli belədi də, sən partiyaya üzv olsan, gərək araq içməyəsən.
Fedya deyir 1 saat icazə verin, fikirləşim.
Bir saatdan sonra qayıdır deyir ki, razıyam.
Partkom deyir ki, bir məsələ də qalıb: gərək siqaret də çəkməyəsən.
Fedya fikirləşməyə 2 saat vaxt istəyir, gəlir deyir, razıyam.

Partkom deyir:

- Fedya, bilirsən necədi, bu yaxşı haldır, sən nəfsinlə bacarısan və bu növbəti məsələni gündəmə gətirir. Sən gərək "aşk-maşk" yaşamayasan.
Fedya 3 saat vaxt istəyir və qayıdır, cəsarətlə deyir ki: razıyam!
Partkom deyir ki, Fedya, səni təbrik etməyə bir addım qalıb. Sən bilirsən də partiya müqəddəsdir, partiya uğrunda ölmək lazım gələndə ölməlisən. Sən buna razısanmı?

Fedya düşünmədən razıyam deyir.

Partkom:

- Fedya, sən düşünməyə vaxt istəmirsən?
Fedya:
- Yox, yoldaş partkom!
- Fedya, söhbət ölməkdən gedir e...
- Yoldaş partkom, bir halda ki, siqaret çəkməyəcəm, araq içməyəcəm, aşk-maşk yaşamayacam, neynirəm o həyatı, elə ölmək məsləhətdir!

Partkom şok, partkom iptal, partkom error...

Həə, əzizlərim, ya yaşayacaqsınız, ya da öləcəksiniz. Ölmək istəməyənlər süfrə başına... Nuş!

p.s. bu lətifəni bu yaxınlarda danışıblar -yadıma düşmədi kim danışıb: mənim yaddaşımın südünə lənət!

***
"Zavtrak"ı tək özün ye, günortanı dostunla bölüş, axşam yeməyini düşmənə ver.
Mən də çəkdiyimiz zülmlə yaşadığımız ölü həyatı verdim "düşmən"ə...

Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.