Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_isgenderbey.jpgJurnalist Sevinc Osmanqızının keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidovu dəvət etdiyi verlişə baxdım. Düzü, Sevinc xanıma hörmətim olsa da, onun bu verlişdə İsgəndər bəyə və dolayısı ilə Elçibəy hakimiyyətinə olan belə kinli münaqsibətini doğru hesab etmədim.

Mən Sevinc xanımım peşəkar jurnalist olduğunu bilirəm, buna görə də onun İsgəndər bəylə demək olar ki, dava və ittiham şəklində apardığı diskusiyanı onun özünün jurnalist qabiliyyəti hesab etmirəm. Mən belə düşünürəm  ki, bu verlişdə  İsgəndər bəyə qarşı bu cür münasibət Sevinc xanımın şəxsi mövqeyi yox, qərəzli bir sifariş idi.  

1- Sevinc xanıma bunu demək istəyirəm; Sevinc xanım, siz İsgəndər bəyin, Qarakənd faciəsi, ümumiyyətlə ermənilərin həyata keçirdikləri hansısa terror hadisələrinin birinin günahını ermənilərdə yox, özümüzdə axtardığını görmüsünüzmü? Ancaq ən azından sizin bu məsələlərdə mövqeyiniz bəllidir ... 

2- Sevinc xanım, siz İsgəndər Həmidovun nazir olduğu zamanda bəzi jurnalistlərə qarşı güya nəsə etdiyini deməklə, həm də cəbhə hakimiyyətini ittiham etdiyinizi dərk edirsinizmi? Məsələn, mən bir vətəndaş olaraq İasgəndər Həmidovu kimisə  döydüyünə görə yox, lazımı adamları zamanında məhv etmədiyinə görə qınayıram. Hesab edirəm ki, lazım idi, ancaq İsgəndər bəy çox az etdi.

3- Mən də hərəkat adlanan qurumda olanların çoxusunun İsgəndər bəyə yaraşdırmıram. Onların İsgəndər bəylə tərəf müqabili olmasını qəbul etmirəm. İsgəndər bəyin orda olanların bəziləri ilə  bir yerdə olmasını özünün şəxsiyyətinə qarşı sayğısızlıq hesab edirəm. Bu da onun şəxsi işidir, ola bilsin məqsədi və planı var.

4- Hörmətli Sevinc xanım, İsgəndər bəy, vəzifədən meydana, meydandan da səngərə gedən liderdir. İsgəndər bəyin nazir olduğu dönəmi də vəzifə yox, döyüş hesab edin . İsgəndər bəy əlində silah Qarabağda döyüşəndə sizin döyülən adlandırdığınız jurnalistlər Bakıda təxribat törədirdi və bu gün də  Araz-Zərdüş qardaşları ürək bulandırmaqla məşğuldurlar. İndi bunlar döyülməliydilər  ya yox?

5- Siz bilən İsgəndər Həmidovun nazir olduğu zaman jurnalistlər döyülürdü yoxsa indi?

Sevinc xanım, İsgəndər Həmidov Kəlbəcərin böyük və hörmətli bir nəsilinin nümayəndəsidir. Həmidovlar  nəslininin qadınlarında olan qeyrət, vətən -millət təssübkeşliyi çox kişilərdə yoxdur. İsgəndər bəy,hakimiyyət zamanında pul görən insanlardan deyil, əksinə İsgəndər bəy və onun qohum-əqrabası  hərəkata və Azərbaycana bütün var-dövlətlərini və canlarını fəda edən insanlardır.

İsgəndər bəyi savadsız, əsasən dalaşqan bir adam kimi təqdim etməyə can atırısınız. Diqqətinizə çatdırım ki, İsgəndər bəyin özü və bütün qohum əqrabası savadlı, təhsilli və  hörmət qoyulan ziyalılardan olublar.  Bu gün də elədir!

İsgəndər bəyin qardaşı, rəhmətlik Sərdar Həmidov Tərtərlilərin və Azərbaycan xalqının yaddaşına bir qəhraman olaraq həkk olunub. İsgəndər Həmidovun bacısı Ulduz xanım Kəlbəcərdə "Yetimlər Anası" kimi tanınırdı. Ulduz xanımın qapısı hər zaman imkansızların, kimsəsizlərin, yetimlərin sığınacağı olubdur. Ulduz xanımın övladlığa götürüb ev etdiyi yetimləri mən tanıyıram. Sizin və kiminsə İsgəndər bəylə bu cür danışmağa haqqınız yoxdur.

İsgəndər bəyin qardaşı rəhmətlik Zakir bəy gənc prokurorlarından biri olub. O zaman öz gücünə  30 -35 yaşlarında polkovnik rütbəsinə yüksəlmək hər adamın işi deyildir. Belə bir nəsilin nümayəndəsini bu cür təqdim etməyə sizin və kimsənin haqqı yoxdur.

İsgəndər bəy haqqında KQB-nin buraxdığı şayələri yayanlara demək istəyirəm; Kəlbəcərin yaşlı insanlarından İsgəndər bəyin atası rəhmətlik Məcid kişini soruşsunlar. Sovet hökümətinin kəsə-kəs vaxtlarında hər zaman çiynində tüfəng, daim at belində, aclıq zamanlarında  kasıbların ümidi olan Məcid kişinin övladları dövlətin -  xalqın 1 manatına belə əl uzatmayıblar,uzatmazlarda! 

Bəlkə kimsə İsgəndər Həmidovun dövlət malını taladığını görüb? Bəlkə kimsə Həmidovlardan kimisə,  kiminsə namusuna gözünün ucu ilə baxdığını görüb? Əksinə, Həmidovlar qapısı qapı olub eee, qapı...! İndi elə dəyərlər qalmayıb. 

Mən buna bütün qəlbimlə inanıram, inanıram ki, cəbhə hakimiyyəti zamanı heç kim Qarabağ qazisini həbs edib, onun bədənində olan güllə yarasına tok verərək işgəncə verməzdi. Heç kim etməzdi bunu! Kimsə, hətta  qanında erməni qanı olan kimsə etsəydi belə, İsgəndər bəy onu şəxsən özü güllələyərdi. Buna görə də çox məsələlərdə haqq-hesabı qarışdırmaq olmaz. Bir gün o haqq günü -  hər birimizin haqq qarşısında cavab verəcəyimiz gün gələcək.

Etməyin, etdirməyin!

İsgəndər bəy, bu xalqın pisinidə xalqın nümayəndəsi hesab edir hörmət qoyur. Onun türmə həyatına diqqət yetirin bəzi şeyləri görüb, İsgəndər bəyin hansı ürəyin sahibi olduğunu görəcəksiniz . Bəzi məsələlərdə, o cümlədən yaradılan təşkilat məsələsində bir çoxlarımız İsgəndər bəyin yanında görsənmədiyimizə baxmayın, çox ağını çıxardacaqsınızsa, bütün el-oba hamımız İsgəndər bəyin ətrafında olacağıq.

Hədd var, sərhəd var...!

İsgəndər bəylə mübarizə aparanlar nə həddi, nə də sərhəddi keçməsinlər!

Təşkilat başqa, şəxsiyyət başqa!
Şəxsiyyət başqa, nəsil- nəcabət başqa!
Sərhədləri qarışdırmayın!

Elşən Əlisoy 
"Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin sədri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.