
"Əmək haqqının artırılmasında sizcə udan kim, uduzan kimlərdir?"
Sozcu.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu əmək haqlarinin artımına münasibət bildirərkən deyib:
"Minimum əmək haqqının artımı dövlət sektorunda işləyən 450 min, özəl bölmədə çalışan 150 min nəfərin gəlirlərini, 842 min fərdi sahibkarın sosial sığrta ödəmələrini 6 manat 25 qəpikdən 25 manatadək və 1 milyon 750 min nəfər torpaq mülkiyyətçisinin sosial sığorta ayırmalarını 3 manat artıracaq. Beləliklə də minimum əmək haqqının artımından ən yaxşı yalda 600 min nəfər udur, 2 milyon 592 min nəfər isə uduzur.
Siz hansı qrupa daxilsiniz? Sizcə udan kim, uduzan kimlərdir?"