Xəbər lenti

dollalirr.jpg
Neftin qiyməti ucuzlaşan kimi hökumətin yadına manat düşür.

Yaxud maliyyə naziri narahatlığını nədən indi ifadə edir.

Maliyyə nazirinin açıqlamasına görə, "manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq". 

Bununla Samir Şərifov nə demək istədiyini sizə daha aydın şəkildə çatdırmaq üçün bu açıqlamanı şərh etmək istərdim.

Birincisi, onu qeyd edim ki, dünya bazarında neftin qiyməti ucuzlaşmaya başlayanda Bakıda rəsmilərin könlündən manatın yenidən devalvasiya keçir. Əslində bu xüsusilə də büdcənin doldurulması baxımından asan və cəlbedicidir. Gəlin sadə bir hesablama aparaq. Bu günlərdə təsdiq olunmuş 2019-cu ilin büdcəsinə Dövlət Neft Fondundan (DNF) 11 milyard 364 milyon manat vəsait transfer olunacaq. Bilirsiniz ki, DNF-yə vəsaitlər dollarla daxil olur. Bu isə o deməkdir ki, manatın məzənnəsi gələn il sabit qalarsa onda DNF-dən transfer 6 milyard 685 milyon dolların (11.364 mln. manat/1.7 manat) ekvivalentində olacaq. Əgər manatın məzənnəsi 1.7 AZN deyil, gələn il orta hesabla 1.8 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 6 milyard 313 milyon dollar, 1.9 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 5 milyard 981 milyon dollar, 2 AZN-ə qədər ucuzlaşarsa. onda NF-nin büdcəyə transferi 5 milyard 682 milyon dollara qədər azala bilər. Bu isə təxminən 1 milyard dollara qənaət deməkdir.

İkincisi, Azərbaycan həqiqətən də bahali, lakin keyfiyyətsiz və təhlükəli idxal mallarının idxalı üçün cəlbedici ölkəyə çevrilir.

Nəhayət, manatın məzənnəsinin 1 il 7 aydır ki, durduğu yerdə qalması qeyri-neft ixracatının artım tempini aşağı düşməsində əhəmiyyətli rol oynayır.

Bir sözlə, Maliyyə naziri demək istəyir ki, manatın məzənnəsinin sabit saxlanılması siyasəti dəyişəcək. Onun nə qədər tez baş verməsi, həm də dünya bazarında neftin qiymət səviyyəsindən asılı olan məsələdir.

Yeri gəlmişkən onu da nəzərə almaq lazımdır ki, ilin sonu valyutaya tələbat artır. Bu gün DNF-nin ötən ayda valyuta satışları ilə bu gün gözlənilən açıqlaması da bir sıra mətləblərə aydınlıq gətirə bilər.

Qubad İbadoğlu, iqtisadçı alim. 

Bölmənin digər xəbərləri

15 Dekabr 2018 Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
14 Dekabr 2018 Kürdəmirdə avtomobil yolunun tikintisinə 2,82 milyon manat ayrıldı
10 Dekabr 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank
08 Dekabr 2018 Azərbaycan nefti kəskin bahalaşdı
07 Dekabr 2018 Samir Şərifovun manatla bağlı fikrinə nazirlikdən şərh
07 Dekabr 2018 “Huawei” Azərbaycandan maliyyə direktorunun tutulması ilə bağlı açıqlama
07 Dekabr 2018 Azərbaycan nefti bahalaşır
06 Dekabr 2018 Azərbaycan nefti bahalaşdı
04 Dekabr 2018 AMERİKANIN NEFT NƏHƏNGİ AZƏRBAYCANI TƏRK EDİR –Exxon Mobil “Əsrin müqaviləsi”ndəki payını satışa çıxarıb
04 Dekabr 2018 Gömrükdən pulsuz nə keçirtmək olar? –SİYAHI(VİDEO)
04 Dekabr 2018 Azərbaycan nefti bahalaşdı
04 Dekabr 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı
01 Dekabr 2018 Qubad İbadoğlu vergi qanunvericiliyinə dəyişikliyi şərh edir
30 Noyabr 2018 Ofisiant və bərbər də vergi verəcək - Vergi Məcəlləsinə dəyişikliklər
27 Noyabr 2018 Səfərdən siqaret gətirənlərin nəzərinə: Həcm azaldıldı
27 Noyabr 2018 Benzinin qiyməti ucuzlaşdı – Türkiyədə
27 Noyabr 2018 Dolların rəsmi kursu dəyişmədi, avro isə ucuzlaşdı –Mərkəzi Bank
25 Noyabr 2018 Neft ucuzlaşır, manatın taleyi necə olacaq? - EKSPERT RƏYİ
13 Noyabr 2018 ABŞ-dan İran Mərkəzi Bankının SWIFT sistemindən kənarlaşdırılmasına reaksiya
13 Noyabr 2018 Dolların bugünkü məzənnəsi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.