Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_ekson.jpg
ABŞ-ın neft nəhəngi Exxon Mobil Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.

 Bu barədə xəbəri az əvvəl “Reuters” neft və bank sektorundakı mənbələrə istinadən bildirib. Məlumatda deyilir ki, “Exxon Mobil” şirkətinin Azəri-Çıraq-Günəşli blokunda yataqların istismarını həyata keçirən beynəlxalq konsorsiumu tərk etməsi qlobal əməliyyatlarına yenidən baxmaq planları ilə bağlıdır.

Amerika neft nəhəngi “Əsrin müqaviləsi”indəki 6.8 faizlik payını satmağı və bundan 2 milyard dollar əldə etməyi planlaşdırır. Lakin “Exxon Mobil” şirkətinin mətbuat katibi Culiya Kinq məsələ ilə bağlı şərh vermək istəməyib: “Biz müxtəlif spekuluasiyaları və şaiyələri şərh etmirik”.

SOCAR-dan isə xəbərlə bağlı şərh almaq mümkün olmayıb.

“Reuters” qeyd edir ki, “Exxon Mobil” şirkətinin “Əsrin müqaviləsi”ini tərk etməsi şirkətin Azərbaycandakı 25 illik iştirakının sonu olacaq. “Exxon” 1994-cü ildə Azərbaycanın indiki neft sənayesinin yaradılmasının əsasını qoymağa kömək edən beş Amerika şirkətindən biri idi. “Əsrin müqaviləsi”ndə iştirak edən şirkətlərin konsorsiumu BP tərəfindən idarə edilsə də bu layihə o dövrlər ABŞ-dan güclü dövlət dəstəyi alıb. Müqavilədə Amerikanın beş şirkəti- “Exxon”, “Amoco”, “Unocal”, “Pennzoil” və “McDermott” iştirak edirdilər.

Bu layihə ona görə Qərbdən güclü dəstək almışdı ki, orada layihənin Avropanın Rusiyadan energetika asılığını azaldacağına ümid edirdilər. Lakin agentlik qeyd edir ki, yeni kəşf edilən yataqlar özünü doğrultmadığından bu ümidlər də əriyib getdi. ABŞ şirkətlərinin əksəriyyəti öz paylarını rəqiblərinə satdı, Amerika administrasiyasının da layihəyə dəstəyi azaldı. Azərbaycan da özünün energetika sərvətləri üzərində nəzarət baxımından daha inamlı odu, dövlət neft şirkəti SOCAR vasitəsilə energetika layihələrində iri paylar əldə etdi.

Əgər “Exxon Mobil” Azəri-Çıraq-Günəşli yataqlarındakı payını satmağı reallaşdırsa bu layihədə “Chevron” tək Amerika şirkəti olaraq qalacaq. Bu şirkət layihədə 9.57 faizlik paya malikdir. BP və SOCAR-ın payları isə 30.4 və 25 faizdir.

Bildirilir ki, son illər “Exxon Mobil” daha çox Birləşmiş Ştatlarda şist neft yataqlarına, habelə Qayanada bir sıra iri neft yataqlarının kəşfinə maraq göstərir. (Virtualaz.org)
Sozcu.az

Bölmənin digər xəbərləri

15 Dekabr 2018 Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
14 Dekabr 2018 Kürdəmirdə avtomobil yolunun tikintisinə 2,82 milyon manat ayrıldı
10 Dekabr 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank
08 Dekabr 2018 Azərbaycan nefti kəskin bahalaşdı
07 Dekabr 2018 Samir Şərifovun manatla bağlı fikrinə nazirlikdən şərh
07 Dekabr 2018 “Huawei” Azərbaycandan maliyyə direktorunun tutulması ilə bağlı açıqlama
07 Dekabr 2018 Azərbaycan nefti bahalaşır
06 Dekabr 2018 Azərbaycan nefti bahalaşdı
05 Dekabr 2018 "Manatın məzənnəsi gələn il orta hesabla 1.8 AZN-ə qədər ucuzlaşarsa..." - İQTİSADÇI
04 Dekabr 2018 Gömrükdən pulsuz nə keçirtmək olar? –SİYAHI(VİDEO)
04 Dekabr 2018 Azərbaycan nefti bahalaşdı
04 Dekabr 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı
01 Dekabr 2018 Qubad İbadoğlu vergi qanunvericiliyinə dəyişikliyi şərh edir
30 Noyabr 2018 Ofisiant və bərbər də vergi verəcək - Vergi Məcəlləsinə dəyişikliklər
27 Noyabr 2018 Səfərdən siqaret gətirənlərin nəzərinə: Həcm azaldıldı
27 Noyabr 2018 Benzinin qiyməti ucuzlaşdı – Türkiyədə
27 Noyabr 2018 Dolların rəsmi kursu dəyişmədi, avro isə ucuzlaşdı –Mərkəzi Bank
25 Noyabr 2018 Neft ucuzlaşır, manatın taleyi necə olacaq? - EKSPERT RƏYİ
13 Noyabr 2018 ABŞ-dan İran Mərkəzi Bankının SWIFT sistemindən kənarlaşdırılmasına reaksiya
13 Noyabr 2018 Dolların bugünkü məzənnəsi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.