Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_qvardiolasarri.jpg
“Bəli, oyundan sonra Sarri əlimi sıxmadı. Amma bunu şişirtmək lazım deyil. Biz dostuq. Aramızda problem yoxdur".

 Sozcu.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola deyib.

İngiltərə Premyer Liqasının 26-cı turunda "Çelsi"yə 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra rəqib komandanın baş məşqçisi Mauritsio Sarrinin onun əlini sıxmamasına münasibət bildirən ispaniyalı mütəxəssis həmkarından incimədiyini bildirib. Əksinə, Qvardiola Sarriyə dəstək nümayiş etdirib: "Onun nə istədiyini yaxşı bilirəm. Təəssüf ki, insanlar Sarrinin ideyasını başa düşmür. Elə bilirlər ki, hər şeyi çox rahat şəkildə yoluna qoymaq mümkündür. Düşünürlər ki, yeni məşqçi gəldi, bir neçə futbolçu aldı, vəssalam, problemlər çözüldü. Belə deyil. Məşqçiyə inamdan və klubun sahibindən çox şey asılıdır. Klubumuzun prezidenti məni yaxşı başa düşür. İndiyədək “qalib gələndə yaxşısan, uduzanda pis” ifadəsini eşitməmişəm. Çünki mənə inanırlar. Bu cür münasibət Sarriyə göstərilsə, "Çelsi"də problem qalmaz”.(Qol.az)

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.