Xəbər lenti

metexanguclu.jpg
PSJ türk futbolçusu Mətəxan Güclünü Çempionar Liqasında iştirak etmək üçün UEFA-ya təqdim etdiyi siyahıya daxil edib.

 Sozcu.az xəbər verir ki, PSJ-nin akademiyasında yetişən 19 yaşlı hücumçu şans veriləcəyi təqdirdə 12 fevralda “Mançester Yunayted”ə qarşı forma geyinə biləcək.

Həm Türkiyə, həm də Fransa vətəndaşlığı olan gənc futbolçu PSJ-nin müxtəlif yaş qruplarında forma geyinib. 2017-ci ildən klubun B komandasında çıxış edir, bu mövsümdən etibarən isə əsas heyətlə məşqlərə çıxır.

Mətəxan Güclü milli komanda seçimini isə Türkiyəyə edib. O, “ay-ulduzlular”ın U-17, U-18 və U-19 heyətlərində 12 oyunda 3 qola imza atıb.(Qafqazinfo.az)

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.