Xəbər lenti


dtx__.jpg
“2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsinə görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır”.

 Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına görə, ötən müddətdə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə Maarif Hacıyevin və Xəyal Qafarovun, onlar ilə eyni cinayətkar niyyətləri və radikal dini baxışları bölüşən Şahlar Rzayev, Rəşad Böyükkişiyev, Kamal Quliyev və digər şəxslərlə cinayət əlaqəsinə girib sosial şəbəkələrdə, şəxsi görüş və söhbətlərdə zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymaları, bu məqsədlə insanları iyulun 10-da saat 20.00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana toplamaq barədə çağırışlar yaymalarına əsaslı şübhələr müəyyən edilib:

“İstintaq araşdırmaları ilə həmçinin adları çəkilən şəxslərin Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaları, zorakılıqlar törətməsi, o cümlədən hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etmələrinə, həmin hadisələrdə fəal iştirakına, Xəyal Qafarovun, Samir İbrahimovun və Əli Rzayevin həm də qanunsuz olaraq əl qumbaraları, avtomat silahlara aid patronlar, külli miqdarda narkotik vasitə əldə edib saxlamalarına, gəzdirmələrinə və daşımalarına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə barələrində həbs qətimkan tədbiri seçilmiş Cinayət Məcəlləsinin 220.1 (Kütləvi iğtişaş) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı noyabrın 26-da, Cinayət Məcəlləsinin 220.1, 228.1 (Qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə), 234.4.3-cü (Bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması) maddələri ilə təqsirləndirilən Xəyal Qafarov, 220.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, 220.1, 228.1, 234.4.3 və 315.2-ci maddələri ilə təqsirləndirilən Samir İbrahimov, 220.1, 234.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən Əli Rzayev, 220.1-ci maddəsi ilə təqsirləndirilən Rauf Qurbanzadə, Mireşqin Seyidov, Kamal Məmmədtağıyev və Qadir Hüseynov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı isə noyabrın 30-da tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.
Sozcu.az

Bölmənin digər xəbərləri

15 Dekabr 2018 65 yaşlı bibisinin başını kəsərək qətlə yetirdi
14 Dekabr 2018 Bakıda lift faciəsində qadının ölməsinə görə daha 1 nəfər HƏBS EDİLDİ
13 Dekabr 2018 Bərdədə 15 yaşlı qız qaçırılıb
13 Dekabr 2018 Avtomobildən 8 kiloqramdan çox tiryək aşkarlanıb
12 Dekabr 2018 ÖLKƏNİ SİLKƏLƏYƏCƏK OLAY, “QATİL” QURBANINI NECƏ XİLAS ETDİ?-VİDEOFAKT
11 Dekabr 2018 İran mollalarını tənqid edən ilahiyyatçı Bakıda döyülüb - FOTO
11 Dekabr 2018 Masallıda evdə partlayışla bağlı cinayət işi başlandı, hadisənin SƏBƏBİ bilindi
10 Dekabr 2018 Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 2 balıqçı xilas edilib
07 Dekabr 2018 Ağsu rayonda polis mayoru avtomobil qəzasında vəfat edib
06 Dekabr 2018 Bakıda daha bir süpürgəçini maşın vurdu
05 Dekabr 2018 Azərbaycanda qətllər törədən məşhur killer saxlanıldı - Bankirlərin qatili..
03 Dekabr 2018 Fədayə Laçın məhkəmədə son söz dedi:"Bataqlığa düşmüşəm..."
01 Dekabr 2018 Baş redaktor əməliyyat olundu
01 Dekabr 2018 Qulinin yanına keçən Lənkəranskinin adamı güllələndi
01 Dekabr 2018 Rusiyada azərbaycanlı uşaqlar evdə yanaraq ölüb
01 Dekabr 2018 ABŞ-ın 41-ci prezidenti vəfat edib
30 Noyabr 2018 İmişlidə banka borclu olanlar aksiyanı dayandırıblar
27 Noyabr 2018 Ramin Hacılının həbs müddəti yenə uzadıldı
26 Noyabr 2018 Nazirlik avtoritetin qətli ilə bağlı məlumat yaydı
18 Noyabr 2018 Solmaz Əbiyevanı Pakistan polisi yaxaladı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.