Xəbər lenti

cahangir-haciyev.jpg
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

  Sozcu.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən C.Hacıyev sərbəst ifadə verib.

 O, ona qarşı irəli sürülmüş ittihamı və ötən məhkəmə iclasında prokurorların elan etdiyi ittihamı qəbul etmədiyini deyib: “Dövlət ittihamçıları ittiham aktını elan edən zaman sanki şou göstərirdilər”.

 Bu zaman prokuror sabiq bankirə etiraz edib.

 Hakim C.Hacıyevin sözünü kəsib, ondan ittihamın mahiyyəti üzrə danışmasını tələb edib.

 İfadəsini davam etdirən C.Hacıyev mənimsəmədə günahlandırıldığı 4.7 milyard manatın taleyi barədə danışıb: “Heç Azərbaycan büdcəsində bu qədər pul yoxdur. Bu məbləğ Azərbaycan Mərkəzi Bankının valyuta vəsaitlərinə bərabərdir. Beynəlxalq Bankının Moskva filalının aktivləri elə 2 milyona yaxın olub. Bəs bu necə olur ki, mən 4.7 milyard manat pulu mənimsəmişəm? Ən azından bir bu rəqəmlərə baxın. Cinayət işini heç dövlət ittihamçıları tam oxumayıblar. Onlar ancaq ittiham hissəsi ilə tanış olublar. Xahiş edirəm ki, göstərərdiz görək həmin pullar mənim və ailə üzvlərimin hesabına necə köçüb? Belə bir sübut var? Guya mən həmin pullarla şəxsi əmlak almışam. Biz dövlət təşkilatı olmamışıq. Mən bankın rəhbəri olduğum dövrdə dövlətin payı 50.2 faiz idi. Bankda işlədiyim zaman müavinim vəzifəsində çalışmış Emin Mustafayevin bir şikayəti əsasında barəmdə cinayət işi açılıb”.

 O qeyd edib ki, bankın rəhbəri olduğu dövrlərdə heç kəsə göstəriş verməyib.

 Prosesdə C.Hacıyev dövlət ittihamçısının suallarını cavablandırıb. Sabiq bank sədri onunla birgə təqsirləndirilən D.Xəlilovu cavan vaxtlardan tanıdığını, lakin keçmiş deputatla heç bir biznes əlaqələrinin olmadığını söyləyib: “Dünyamin Xəlilov mənim tapşırığımla müəyyən layihələrə nəzarət edirdi”.

 Məhkəmədə elan olunub ki, ittiham aktında D.Xəlilovun adı bir çox epizodlarda keçir.

 Prosesdə fasliə elan olunub.

 Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

 Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

 Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.(Report.az)

Bölmənin digər xəbərləri

16 Fevral 2019 4 il qəhrəmanlıqla mübarizə aparan Azərbaycan kəndi... - 27 il
16 Fevral 2019 Aİ qərar verdi: Rusiyaya qarşı yeni sanksiyalar
16 Fevral 2019 ABŞ-dan uyğur türklərinə DƏSTƏK
14 Fevral 2019 Rəsmi Moskva: “Türkiyə Əsəddən icazə almalıdır...”
13 Fevral 2019 "Yeni şəxsiyyət vəsiqələri gələcəkdə seçki saxtakarlığına yol açacaq" -Xəzər Teyyublu
12 Fevral 2019 İqtidarın sosial şəbəkə fobyasının səbəbi nədir?
12 Fevral 2019 Azərbaycanda dağıdıcı zəlzələlər... - Seysmoloji Xidmət
10 Fevral 2019 Ermənilər Gürcüstanda keçirmək istədikləri aksiyanı təxirə saldılar
08 Fevral 2019 Minimum əməkhaqqı bu qədər artdi–SƏRƏNCAM
07 Fevral 2019 Prezident pensiyaları artırdı - Sərəncam
06 Fevral 2019 ŞAMAXIDAKI ZƏLZƏLƏ İLƏ BAĞLI Fövqəladə komissiya yaradıldı
06 Fevral 2019 Azərbaycanda güclü zəlzələ baş verdi –Şamaxıda dağıntı və xəsarət alanlar var - Fotolar
05 Fevral 2019 Parisdə "sarı jiletlilər" yenə etiraz edir - İğtişaşlar var
05 Fevral 2019 Ölkədə yeni siyasi mərhələ: Prezidentə kim xəyanət edib? – Klanlararsı savaş yeni müstəvidə
05 Fevral 2019 Çinin Rusiyanı işğal planı – Şok detal
04 Fevral 2019 9 qat dünya çempionu İlham Əliyevə müraciət etdi-Fotolar
04 Fevral 2019 Türk Mərkəzi Amerika dövlətinin prezidenti oldu - FOTO
04 Fevral 2019 Qubanın biznesmen başçısı: Avropaya səs salmış məmur -FOTOLAR
03 Fevral 2019 YAP-çı deputata döyüşçü cavabı: "Bu qədər şərəfsizlik olarmı...?"
01 Fevral 2019 Hüseyn Abdullayev aclıq aksiyası keçirir? - Rəsmi münasibət
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.