Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_zelzele435.jpg
Şamaxı rayonunda təbii fəlakət nəticəsində baş vermiş dağıntılarla əlaqədar fövqəladə komissiya yaradılıb.

 Sozcu.az xəbər verir ki, daha çox dağıntı rayonun Qaybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb.

Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.

Təhlükəsizliyə görə dağıntı baş vermiş ərazilərdə qazın verlişi tamam dayandırılıb.

Bir müddət öncə isə rayonun bəzi yerlərində elektrik enerjisində baş vermiş fasilə aradan qaldırılıb.

Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.

ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.(Report.az)

Bölmənin digər xəbərləri

16 Fevral 2019 4 il qəhrəmanlıqla mübarizə aparan Azərbaycan kəndi... - 27 il
16 Fevral 2019 Aİ qərar verdi: Rusiyaya qarşı yeni sanksiyalar
16 Fevral 2019 ABŞ-dan uyğur türklərinə DƏSTƏK
14 Fevral 2019 Rəsmi Moskva: “Türkiyə Əsəddən icazə almalıdır...”
13 Fevral 2019 "Yeni şəxsiyyət vəsiqələri gələcəkdə seçki saxtakarlığına yol açacaq" -Xəzər Teyyublu
12 Fevral 2019 İqtidarın sosial şəbəkə fobyasının səbəbi nədir?
12 Fevral 2019 Azərbaycanda dağıdıcı zəlzələlər... - Seysmoloji Xidmət
10 Fevral 2019 Ermənilər Gürcüstanda keçirmək istədikləri aksiyanı təxirə saldılar
08 Fevral 2019 Minimum əməkhaqqı bu qədər artdi–SƏRƏNCAM
07 Fevral 2019 Prezident pensiyaları artırdı - Sərəncam
07 Fevral 2019 C.Hacıyev mənimsəmədə günahlandırıldığı 4.7 milyard manatın taleyi barədə danışıb: “Heç Azərbaycan büdcəsində bu qədər pul yoxdur.
06 Fevral 2019 Azərbaycanda güclü zəlzələ baş verdi –Şamaxıda dağıntı və xəsarət alanlar var - Fotolar
05 Fevral 2019 Parisdə "sarı jiletlilər" yenə etiraz edir - İğtişaşlar var
05 Fevral 2019 Ölkədə yeni siyasi mərhələ: Prezidentə kim xəyanət edib? – Klanlararsı savaş yeni müstəvidə
05 Fevral 2019 Çinin Rusiyanı işğal planı – Şok detal
04 Fevral 2019 9 qat dünya çempionu İlham Əliyevə müraciət etdi-Fotolar
04 Fevral 2019 Türk Mərkəzi Amerika dövlətinin prezidenti oldu - FOTO
04 Fevral 2019 Qubanın biznesmen başçısı: Avropaya səs salmış məmur -FOTOLAR
03 Fevral 2019 YAP-çı deputata döyüşçü cavabı: "Bu qədər şərəfsizlik olarmı...?"
01 Fevral 2019 Hüseyn Abdullayev aclıq aksiyası keçirir? - Rəsmi münasibət
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.