Xəbər lenti

ceyhun_hacibeyli.png
Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri - Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Azərbaycana gəlir.

 Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Komitənin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Bakıya gələn qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, Mədəniyyət Nazirliyində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.

Qeyd edək ki, əslən fransalı olan C.Hacıbəylinin gəlini Paskal Buşe Sarbonna Universitetinin məzunudur, Avropa sosial fondunda inzibati və maliyyə administratoru işləyir, ixtisasca riyaziyyatçı olan Benjamin Hacıbəyli isə Fransanın İqtisadiyyat Nazirliyinin əməkdaşıdır.
ceyhun_hacibeyli_aile.jpg

1993-cü ildə həyat yoldaşı vəfat etdikdən sonra Paskal Hacıbəyli Buşe Hacıbəylilər ailəsi və Azərbaycanla əlaqələrini davam etdirib. O və oğlu Benjamin axırıncı dəfə 2006-cı ildə Bakıda olublar.

Xatırladaq ki, Vətəni və milləti üçün böyük işlər görmüş Ceyhun Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacirət həyatı yaşayıb.

1962-ci ildə vəfat edən C.Hacıbəyli Parisin Sen-Klu məzarlığında dəfn edilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində bu ilin avqust ayında 37 ölkədən 140 gəncin iştirakı ilə “Diaspor Gənclərinin I Yay Düşərgəsi”ni təşkil edib./oxu.az/
Sozcu.az




Bölmənin digər xəbərləri

16 Fevral 2019 4 il qəhrəmanlıqla mübarizə aparan Azərbaycan kəndi... - 27 il
16 Fevral 2019 Aİ qərar verdi: Rusiyaya qarşı yeni sanksiyalar
16 Fevral 2019 ABŞ-dan uyğur türklərinə DƏSTƏK
14 Fevral 2019 Rəsmi Moskva: “Türkiyə Əsəddən icazə almalıdır...”
13 Fevral 2019 "Yeni şəxsiyyət vəsiqələri gələcəkdə seçki saxtakarlığına yol açacaq" -Xəzər Teyyublu
12 Fevral 2019 İqtidarın sosial şəbəkə fobyasının səbəbi nədir?
12 Fevral 2019 Azərbaycanda dağıdıcı zəlzələlər... - Seysmoloji Xidmət
10 Fevral 2019 Ermənilər Gürcüstanda keçirmək istədikləri aksiyanı təxirə saldılar
08 Fevral 2019 Minimum əməkhaqqı bu qədər artdi–SƏRƏNCAM
07 Fevral 2019 Prezident pensiyaları artırdı - Sərəncam
07 Fevral 2019 C.Hacıyev mənimsəmədə günahlandırıldığı 4.7 milyard manatın taleyi barədə danışıb: “Heç Azərbaycan büdcəsində bu qədər pul yoxdur.
06 Fevral 2019 ŞAMAXIDAKI ZƏLZƏLƏ İLƏ BAĞLI Fövqəladə komissiya yaradıldı
06 Fevral 2019 Azərbaycanda güclü zəlzələ baş verdi –Şamaxıda dağıntı və xəsarət alanlar var - Fotolar
05 Fevral 2019 Parisdə "sarı jiletlilər" yenə etiraz edir - İğtişaşlar var
05 Fevral 2019 Ölkədə yeni siyasi mərhələ: Prezidentə kim xəyanət edib? – Klanlararsı savaş yeni müstəvidə
05 Fevral 2019 Çinin Rusiyanı işğal planı – Şok detal
04 Fevral 2019 9 qat dünya çempionu İlham Əliyevə müraciət etdi-Fotolar
04 Fevral 2019 Türk Mərkəzi Amerika dövlətinin prezidenti oldu - FOTO
04 Fevral 2019 Qubanın biznesmen başçısı: Avropaya səs salmış məmur -FOTOLAR
03 Fevral 2019 YAP-çı deputata döyüşçü cavabı: "Bu qədər şərəfsizlik olarmı...?"
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.