Xəbər lenti

arifhacll.jpg"İqtidar dövlətimizi beynəlxalq hüquq normalarına zidd olan bu məsələnin nəinki qarşısını almaq, hətta buna ciddi əks- səda doğuran etirazı təmin edə bilməyəcək qədər aciz duruma salıb".

Sozcu.az xəbər verir ki, bunu Qarabağda olan terrorçu dəstənin başçısı Bako Saakyan Moskvada səfərinə münasibət bildirərkən Müsavat Partiyasının başqanı Arif Hacılı deyib:

"Bako Saakyan Moskvada səfərdədir.
Vaşinqton, Paris indi də Moskva.

Qarabağda qanunsuz rejimin, silahlı quldur dəstələrinin rəhbəri Minsk qrupu həmsədrləri olan dövlətləri gəzir, rəsmi dövlət nümayəndələri ilə görüşür.

İqtidar dövlətimizi beynəlxalq hüquq normalarına zidd olan bu məsələnin nəinki qarşısını almaq, hətta buna ciddi əks- səda doğuran etirazı təmin edə bilməyəcək qədər aciz duruma salıb.

Xarici siyasətdə prioritetlər səfirlərin şərab biznesi, olduqları ölkələrdə H. Əliyev küçələri açmaq, hədəflər isə illər əvvəl buradan getmiş, vicdanlı olduqları üçün bu hakimiyyətin diqtəsini qəbul etməyən Riçard Kozlariç, Steynar Gil və başqalarına qarşı mübarizədir.

İqtidar yiyələri nəhayət anlamalıdır ki, hədəf bu dövləti quran "AXC-Müsavat cütlüyü" deyil, məqsədləri bu dövləti çökdürmək, məhv etmək olan Paşinyan- Saakyan cütlüyüdür.

İlham Əliyev deyirdi ki, Qarabağ məsələsində zaman bizim xeyrimizə işləyir.
Qəti belə deyil. Hər gün Qarabağı daha çox itiririk.

Hakimiyyətin təslimçi siyasəti dəyişməsə Qarabağı əbədi itirməyimiz labüd olacaq".

Bölmənin digər xəbərləri

15 Dekabr 2018 Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto
14 Dekabr 2018 Lukaşenkodan Qarabağla bağlı sensasion açıqlama: Putinlə söz verdik ki, qoşunlarımızı yeridərik
07 Dekabr 2018 Maaşdan vergi necə hesablanacaq? –Yeni qanunla bağlı QAYDALAR
04 Dekabr 2018 Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir-FOTO
04 Dekabr 2018 Gürcüstanda problemli kreditlərin silinməsi başlandı –“Qara siyahı”da olan müştərilərin siyahısı hazırlanır
30 Noyabr 2018 Fərman Salmanovun adı Rusiyada hava limanına verildi-VİDEO
24 Noyabr 2018 Mirmahmud Mirəlioğluna müraciət: "KXCP-ni xalqa qaytar ...!"
18 Noyabr 2018 "Carçı" Araşdırma Mərkəzi hesabat verdi: Cumhuriyyətimizin 100 ilinə həsr edilmiş ilk kitabı biz yazdıq
15 Noyabr 2018 Nazir Oqtay Şirəliyevin qocalar evinə atılan xalası qızı müalicə oluna bilmir
15 Noyabr 2018 Gözəl Bayramlının məhkəmə prosesinə diqqətsizlik gəncləri narahat edir
13 Noyabr 2018 Təki Şahmar İbadovun oğlu inciməsin, aprel şəhidi ailəsi zülm çəksə də olar
13 Noyabr 2018 Azərbaycan nefti bahalaşdı
12 Noyabr 2018 Birinci dünya müharibəsi – 100 –Milyonlarla ölü, 12 trilyon dollarlıq ziyan, "20 illik atəşkəs..."
09 Noyabr 2018 Rəsulzadənin nəvəsinin bayraq xatirələri:"Ssenari oxuyandan sonra babam keçirən hissləri mən də yaşayırdım"
09 Noyabr 2018 "Parlamentin Leninin büstü ilə açılan ilk iclasında bayrağımızın parlamentə gətirilməsini təklif etdim" - ARİF HACILI
05 Noyabr 2018 ABŞ-ın ən ağır sanksiyaları başladı - Detallar
02 Noyabr 2018 Tahir Kərimli Dövlət himnimizi mərsiyəyə bənzətdi
31 Oktyabr 2018 Ağsunun da icra başçısı yol üstədir – Ənvər Seyidəliyev qurtula biləcəkmi?
27 Oktyabr 2018 Flora Kərimovaya təşkilat sədri seçildi
25 Oktyabr 2018 Abşeronun Məmmədli kəndində yanğın baş verib
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.