Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_avtobus__.jpg
Luksemburq dünyada ictimai nəqliyyatı pulsuz edəcək ilk ölkə olacaq. Gələn yaydan qatarlarda, tramvaylarda, avtobuslarda gediş haqqı ləğv olunacaq.

 “The Guardian” qəzeti yazır ki, bu, Xavier Bettelin başçılıq etdiyi koalisiya hökumətinin planlarına daxildir.

Sozcu.az Azadlıq Radiosuna istinadən bildirir ki, Bettel dünən – dekabrın 5-də ikinci müddətə baş nazir kimi and içib. Onun rəhbərlik etdiyi Demokratik Partiya sol qanad Sosialist Fəhlələri Partiyası və Yaşıllarla birlikdə hökumət quracaq. Baş nazir seçki kampaniyası zamanı ətraf mühitə prioritet verəcəyini deyirdi. Nəqliyyat vədindən başqa, yeni hökumət marixuananı leqallaşdırmaq, daha iki yeni dövlət bayramı təsis etmək vədi verib.

Hazırda Luksemburq şəhəri dünyada ən ağır nəqliyyat sıxlığı yaşayır. Bu şəhərdə 110 min nəfər yaşayır, amma daha 400 min nəfər şəhərə işə gedib-gəlir. Bir araşdırmaya görə, 2016-cı ildə paytaxtdakı sürücülər tıxaclarda ortalama 33 saat keçiriblər. Ümumilikdə ölkənin 600 min nəfər sakini var. Amma Fransa, Belçika və Almaniyada yaşayan 200 minədək adam hər gün Luksemburqa işə gedib-gəlir.

Bu ölkə getdikcə nəqliyyata proqressiv yanaşma sərgiləyir. Bu yay hökumət uşaqlar və 20 yaşınadək gənclər üçün nəqliyyatı pulsuz edib. Orta məktəb şagirdlərini təhsil ocağından evlərinə pulsuz avtobuslar aparıb gətirir. Ictimai nəqliyyatdan istifadə edənlər isə iki saatlıq gediş-gəliş üçün 2 avro ödəməli olurlar. Yəni cəmi sahəsi 2 min 590 kv km olan bu ölkədə iki saatı istənilən tərəfə gedib gəlmək olar.

2020-ci ilin əvvəlindən isə bütün biletlər ləğv olunacaq. Amma bu siyasətə hələ hərtərəfli baxılmalıdır. Məsələn, qatarların birinci və ikinci sinif vaqonları barədə qərar verilməlidir. Yeni hökumətin marixuanayla bağlı siyasəti isə daha çox müzakirə doğurub. Söhbət bu maddənin alışı, saxlanması və istifadəsini qanuniləşdirməkdən gedir.
Sozcu.az

Bölmənin digər xəbərləri

14 Dekabr 2018 Londonda “sarı jiletlilər” körpünü bağladılar
14 Dekabr 2018 Zaxarovadan ermənilərə şok cavab: Təbrik niyə yoxdur?
12 Dekabr 2018 “İstefam ölkənin gələcəyini təhlükə altında qoyacaq” - Baş nazir
12 Dekabr 2018 ABŞ-a məlumat verildi: Türkiyə bir neçə günə HÜCUMA KEÇİR
12 Dekabr 2018 Zurabişvilinin andiçməsinə Bakıdan kim gedəcək?
10 Dekabr 2018 İki deputatın parlament tualetində biabırçı hərəkəti... – Ölkə çalxalanır
10 Dekabr 2018 2016-cı ildə Trampın 14 silahdaşı ilə rusiyalılar… - ŞOK İDDİA
09 Dekabr 2018 İsrail tuneli partlatdı: Bu, hələ başlanğıcdır
08 Dekabr 2018 General intihar etdi - ilginc səbəb
06 Dekabr 2018 İranda kamikadze terror törətdi –3 nəfər ölüb, 19 nəfər yaralanıb
04 Dekabr 2018 Fransa hökuməti etirazçıların tələblərini yerinə yetirdi –Yeni vergi tətbiqi haqda qərar ləğv olundu
04 Dekabr 2018 Ukrayna donanması döyüşə hazır vəziyyətə gətirildi
03 Dekabr 2018 Parisdə etirazçılar varlı məhəllərini qarət ediblər –Makron baş naziri danışıqlara göndərdi
03 Dekabr 2018 Gürcüstan müxalifəti:“Zurabişvilinin inauqurasiyasına imkan verməyəcəy
02 Dekabr 2018 “ABŞ “kürd kartı” kimi çox təhlükəli oyunla oynayır-Lavrov
02 Dekabr 2018 Çexiya Prezidenti Macarıstanın Baş nazirindən üzr istəyib
02 Dekabr 2018 ABŞ donanmasının komandanı ölü tapıldı
26 Noyabr 2018 Cemal Kaşıkçı’nın arandığı villanın girişinde dikkat çeken ayrıntı
26 Noyabr 2018 Nikol Paşinyan: “Mənim yürüşlərim hələ çox olacaq, xoşu gəlməyən gedib soyuq duş qəbul etsin”
26 Noyabr 2018 Moskvadan SƏRT İTTİHAMLAR: “Azov qarşıdurmasının hədəfi…”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.