Xəbər lenti

guneyaze888.png
Güney Azərbaycanda təbii haqlarının davasını aparan milli fəallara qarşı təzyiq və təqiblər çoxdan ənənə halını alıb. İnsanlar həbs edilir, işgəncələr verilir, ölkədən qaçmaq məcburiyyətində qalırlar. Hal-hazırda bu təzyiqlə üz üzə qalanlardan biri də, Azərbaycanın milli haqları uğrunda mübarizə aparan ictimai fəal Abbas Lisanidir.

Abbas Lisani 20 ildən artıqdır ki, Güney Azərbaycanda Azərbaycan türkcəsində məktəb və digər mövzularda haqlı mübarizə aparır. 20 ildən artıq mübarizəsi dövründə Lisani dəfələrlə nəzarət altına alınıb, həbs edilib, şallaqlanib və digər işgəncələrə məruz qalıb. Həbslərinə beynəlxalq təşkilatlar tərəfindən reaksiyası verilib və Abbas Lisani vicdan məhbusu kimi qəbul edilmişdir.İndi də A. Lisani bir aydan artıqdır ki, həbsdədir. Bu müddət ərzində ondan bir xəbər yoxdur. Ailəsi onun başına nə gəldiyini bilmir, səhhətinə görə çox narahatdırlar.
Ən pisi isə odur ki, ailəsi Abbas Lisaninin vəziyyəti ilə maraqlananda xanımına deyiblər ki: "Heç qorxmayın, onun cənazəsini sizə təhvil verəcəyik".

Sanki İranda "Qaşıqci olayı" təkrarlanır. Və qeyd edək ki, bütün bunların məsuliyyəti İran hökumətinin üzərindədir.
Dünya Türkləri İttifaqı olaraq dünya Azərbaycanlılarını və bütün türk dünyasını Güney Azərbaycanda baş verənlərə biganə qalmamağa çağırır və İran hökumətindən Abbas Lisanini və digər siyasi fəalların azadlığa buraxılmasını tələb edirik.

ozanarif14.jpg
Azərbaycanda “Ya Qarabağ, ya ölüm” mahnısı ilə məşhurlaşan Ozan Arif dəfn edilib.

Ardını oxu...

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_uygurr.jpg
Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki uyğur ziyalıları və elm adamlarından xəbər yoxdur.

Ardını oxu...

turk-xin.jpg
Çini uyğur türklərinin insan haqlarına hörmət etməyə və düşərgələri bağlamağa dəvət edirik.

Ardını oxu...

arifhasx.jpg

Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımız ən elementar hüquq və azadlıqlardan məhrum edilib.

Ardını oxu...

qazaxistan.jpg
Qazaxıstan parlamentinin deputatı ölkənin adının dəyişdirilməsini təklif edib.

Ardını oxu...

turk_raket.jpg
ABŞ prezidenti Donald Trampın Türkiyə-Suriya sərhədində 32 km-lik təhlükəsiz bölgə yaratmaq təklifi özü ilə bərabər çoxlu suallar doğurub.

Ardını oxu...

uyugur_turk.jpg
Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb.

Ardını oxu...

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_uygurr.jpg
Çində Şərqi Türküstan Universitetinin ətraf ərazilərində uyğur türkçəsi ilə yazılan nəqliyyat lövhələrinin üzəri örtülüb.

Ardını oxu...

su30.jpg
Rusiya Qazaxıstana Su-30SM qırıcılarının yeni partiyasını çatdırıb.

Ardını oxu...

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.