Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_000000000000000000000000000000000000000000000000jjj.jpg
“Putinin 2000-ci ildə hakimiyyətə gələndən qurduğu güclü, monolit və dinamik dövlət indi içəridən özünü yeyib-dağıdır, qubernatorlar, nazirlər, senatorlar nümayişkaranə, qəddarcasına həbsə göndərilir. Diqqətini daha çox geosiyasətə ayıran Putin, sanki hakimiyyətin putinsizləşdirilməsi üçün darvazanı açıb, dövlət başçısından başqa heç kəsin toxunulmaz olmadığı bir durum yaradılır”.

 Sozcu.az “Azadlıq radiosu”na istinadən xəbər veri ki, bu barədə “Karnegi” fondunun saytında Tatyana Stanovaya Rusiya Federasiya Şurasının senatoru Rauf Araşukovun qətl sifarişində şübhəli bilinərək saxlanmasından yazıb. Bu saxlanma təkcə senatorun özü üçün deyil, bütünlükdə Rusiya siyasi isteblişmenti üçün bir şok idi. Müəllif bu həbsi 2016-cı ildə iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin korrupsiya ittihamıyla saxlanması ilə müqayisə edir. O, “Rosneftin” ofisində şirkət rəhbəri Iqor Seçinlə görüşdən çıxında saxlanmışdı.

“Əvvəllər siloviklər yalnız regional miqyasda siyasətçilərə qarşı tədbir görürdülərsə, son illər federal xadimlər belə bundan sığortalanmayıblar, parlament toxunulmazlığının dəyəri kəskin düşüb. Ulyukayevin həbsilə son həbsin fərqi ondadır ki, bu dəfə çoxsaylı siyasi institutlar, strukturlar, nüfuz qrupları zərbəni hiss elədi, qalib isə FSB – Federal Təhlükəsizlik Xidmətidir”, – yazan müəllif keçmiş nazirin həbsinin siyasi xarakterli olduğunu yazır. Axı, nazir “Rosneft”in rəqib “Başneft” şirkətini almaq niyyətin qarşı çıxmağa özündə cəsarət tapmışdı.
0000000000000000000000000000000000000000000000000000k0jkj.jpg
“Rusiyanın Qaraçay-Çərkəz Şimali Qafqaz Respublikasını təmsil edən Araşukov isə siyasi fiqur, hətta əsl siyasətçi belə adlandırıla bilməz. O, böyük korporasiyalar və hakimiyyətə yaxınlığından faydalanan biznesmen sinfini təmsil edir. Belələri federal səviyyədə mövqelərini gücləndirməkdən ötrü federal status əldə etməyə can atırlar. Rusiyanın Şimali Qafqaz regionundan belə fiqurlarla bağlı kriminal element həmişə mövcud olur. Araşukovun həbsi isə Rusiyada dövlət idarəçiliyi sisteminin bir çox vacib hissələrinə ciddi zərbə oldu. İlk zərbəni “Qazprom” nəhəngi və onun filial şirkətlərindən biri yedi. İstintaqa görə, bu şirkət mövcud olmayan istehlakçılara qaz satıb və bu sxemdə senatorun birbaşa əli olub. “Qazprom” rəhbəri Aleksey Miller istintaqla tam əməkdaşlıq etsə də, imicinə ziyan dəydi. Ölkə rəhbərliyinin qaz monopolisti rəhbərinin konkret nədən xəbəri olmasıyla bağlı ciddi sualları olacaq”, – müəllif yazır.
Sozcu.az

Bölmənin digər xəbərləri

15 Fevral 2019 TERRORÇUNUN ABİDƏSİ VƏ QURULAN TƏLƏ
12 Fevral 2019 Rusiya qlobal interneti “söndürməyi” məşq edəcək –Kreml özünün milli resurslarından istifadə etməyə hazırlaşır
04 Fevral 2019 PREZİDENT RUHANİ MOLLALARIN CİBİNİ KƏSİR –Din xadimləri dövlətdən pul ala-ala müstəqil ola bilərmi?
27 Yanvar 2019 ƏRDOĞAN-PUTİN GÖRÜŞÜNÜN ƏSAS RAZILAŞMASI:Suriya üçün yeni "yol xəritəsi"... - TƏHLİL
25 Yanvar 2019 BİR GÜLLƏ İLƏ ÜÇ “DOVŞAN”- Moskva Adana sazişi ilə nə məqsəd güdür?
18 Yanvar 2019 "Mən Azərbaycanda Suriya olaylarının təkrar olacağından qorxuram" - Yasəmən Qaraqoyunlu
07 Yanvar 2019 ABŞ-IN YENİ SURİYA XƏRİTƏSİ- Trampın elçiləri Türkiyəyə nə gətirir? - TƏHLİL
01 Yanvar 2019 Gürcüstanda yeni dövrdə nə dəyişəcək? – Şərh
20 Dekabr 2018 ABŞ-ın Suriyadan müəmmalı çəkilmə qərarı :"İndi Rusiya kürd qruplarla əlaqəyə girəcəkmi?"
08 Dekabr 2018 "OPEC + anlaşması bazarda bir müddət qiyməti yuxarı darta bilər" - Natiq Cəfərli
05 Dekabr 2018 AMERİKANIN NEFT NƏHƏNGLƏRİ AZƏRBAYCANDAN NİYƏ GEDİR? –Xəzər bölgəsi statusunu itirir? – Araşdırma
03 Dekabr 2018 Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlanıb – RƏQƏMLƏR
13 Noyabr 2018 Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
01 Noyabr 2018 İran Azərbaycanda “təsir agentləri”ni necə yetişdirir?
21 Oktyabr 2018 "Qaşıqçının öldürülməsi Məhəmməd bin Salmana incə bir mesaj idi” - POLİTOLOQ
15 Oktyabr 2018 Azərbaycan prezidenti bəzi görüşlərdə niyə "tərcüməçi" kimi görünür?
06 Oktyabr 2018 Oqtay Gülalıyevə hücum edənlərin "MTN DOSYESİ": Şəbəkənin "OYUN"ları - VİDEO
17 Sentyabr 2018 RUSİYA-ÇİN İTTİFAQI NƏ DƏRƏCƏDƏ MÖHKƏMDİR? –Tərəflər arasındfa strateji etibarsızlıq mövcuddur
08 Sentyabr 2018 "ABŞ-a gücləri çatmayacağı üçün ilk növbədə Türkiyəyə təzyiq göstərəcəklər" -EKSPERT
02 Sentyabr 2018 İDLİBDƏ QİYAMƏT GÖZLƏNTİSİ –Rusiyanın Əsədə dəstək əməliyyatı yeni fəlakətlərə yol aça bilər - TƏHLİL
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.