Xəbər lenti

neft_xerite.png
Stanslav Tarasov

regnum.ru, 05.12.2018

 “Reuters” Azərbaycan hökuməti üçün acı xəbər verib. “Exxon Mobil”-dən sonra Amerikanın daha bir neft nəhəngi “Chevron” Azəri-Çıraq-Günəşli (AÇG) blokundakı neft yataqlarını istismar edən beynəlxalq konsorsiumdakı payını satmağa hazırlaşır. Qeyd olunur ki, “Exxon Mobil” AÇG-dəki 6,8%-lik payını satarkən iki milyard dollara yaxın əldə etməyi kəsdirir, “Chevron” isə bu layihədəki təkcə 9,6%-dən deyil, həm də Baklı-Tiflis-Ceyhan neft borusundakı 8,9%-dən də imtina edir. Bakının Haqqin.az portalının qeydə aldığı kimi, “Amerikanın neft-qaz şirkətləri 25 ildən sonra Azərbaycanı tərk edir”. Və dəqiqləşdirir: “1994-cü ildə “Əsrin müqaviləsi”nə Amerikanın, üçü bu günə kimi artıq öz payını satmış və ölkəni tərk etmiş beş şirkəti qatılıb”.

 Bakının layihələri qabaqlar ABŞ və Qərb ölkələrinin dəstəyini alıb, çünki hesab olunurdu ki, bu, Avropanın Rusiya xammalından asılılığını azaldacaq. Amerikanın Beynəlxalq münasibətlər üzrə şurasının “XXI yüzilliyin energetika siyasətinin strateji çağırışları” araşdırmasını yada salaq. Güman olunurdu ki, Vaşinqton bütünlükdə Xəzərdə və xüsusən də Azərbaycanda öz təsirini fəallaşdırmaq sayəsində OPEK-dən asılılıqdan imtina edəcək. İndi obyektiv amil işə düşür: AÇG-də geoloji səbəblərdən neft hasilatı səviyyəsi düşür, bunu əvəzləyə biləcək başqa layihələr isə yoxdur. Azərbaycan üçün strateji önəmi olan BakıTiflis-Ceyhan və Bakı-Supsa neft boruları göstərilən tendensiya sayəsində tezliklə “boşalmağa” başlayacaq. Bakının bəzi ekspertləri bununla bağlı qeyd edirlər ki, Azərbaycanda AÇG yatağının ehtiyatları dövlət sirridir. Amma onların xarici həmkarları hesab edirlər ki, AÇG-də cari hasilat səviyyəsi 2019-cu ilə doğru tükənəcək.

Yəni Qərbin “2013-2020-ci illər dövründə ABŞ və Britaniyanın Azərbaycandakı ən önəmli geopolitik və strateji layihələrin gerçəkləşdirilməsini yığışdırmasının gərəkəcəyi”ni iddia edən bir çox analitiklərin proqnolaşdırdığı baş verir. Və bundan sonra işlər necə gedəcək? Azərbaycanda neft və kondensat hasilatının azalması, əmtəə qazı istehsalının düşməsi ölkəni mavi yanacaq idxalatçısına çevirib. Cəmi üç ildə – 2015-2017 – qaz idxalı 107 milyon kubmetrdən 1,7 milyard kebmtrdən yuxarı 16 dəfə sürətlə qalxıb. Çox ehtimal ki, idxal 2018-ci ildə daha xeyli olacaq. Məlum konyunktur səbəblərdən müəyyən mərhələdə mühüm beynəlxalq neft və qaz hasilatı mərkəzi ad-sanını saxlayan, az qala, Fars körfəzinə alternativ təqdim olunan Xəzər bölgəsi bütünlükdə statusunu itirir.

Xəzər beşliyinin üzvləri Moskva və Tehran enerji resurslarına görə liderlər sırasında qalsa da, onların əsas resursları burada yerləşmir. İranınkı ən çox Fars körfəzi zonasında, Rusiyanınkı Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə, Arktikadadır. Belə bir önəmli məqamı da qeyd edək. Məsələ burasındadır ki, bilici neftçilər ABŞ və Qərbin bəzi ölkələri tərəfindən gerçəkləşdirilməsi AÇG yataqlarının gerçək ehtiyatları və bazar şəraitiylə əlaqələndirilməyən Bakı-Tiflis-Ceyhan neft borusunu başlanğıcdan siyasi layihə adlandırıblar. Baş amil “məqsədəuyğunluq” hesab olunub. Buna görə də “Chevron” şirkətinin bu layihədən çıxması siyasi və geopolitik dəyər qazanır. Bakı daxili siyasət baxımından gec, ya tez başqa resurslardan istifadə edərək zəruri sosial-iqtisadi problemlərin həllinə səy göstərməli olacaq ki – və artıq başlayıb – bu da məntiq üzrə müəyyən daxili-siyasi dəyişikliklərə gətirməlidir.

Bakı geopolitika baxımından özünün xarici siyasət vektoruna yenidən baxmağa, ABŞ və NATO ilə dialoqda qabaqkı kimi “rus kartı”yla kələk gəlməyə çalışmadan Moskvaya yüksək diqqət yetirməyə vadar olacaq. Axı Azərbaycan hökumətinin Qarabağ məsələsində Qərbdəki “energetik tərəfdaşlar”ın Bakının tərəfində çıxış edəcəyinə ümudi baş tutmayıb. İndi məsələ belə durur: Moskva Qərb tərəfdən bu bölgəyə marağın azalmasıyla bağlı açılan yeni əməliyyat imkanlarından öz maraqları üçün yararlanmağa hazırdırmı? Hələlik dəyərləndirmələrin müəyyən düzəlişi baş verir./Tərcümə Strateq.az-ındır./

Sozcu.az

Bölmənin digər xəbərləri

08 Dekabr 2018 "OPEC + anlaşması bazarda bir müddət qiyməti yuxarı darta bilər" - Natiq Cəfərli
03 Dekabr 2018 Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlanıb – RƏQƏMLƏR
13 Noyabr 2018 Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
01 Noyabr 2018 İran Azərbaycanda “təsir agentləri”ni necə yetişdirir?
27 Oktyabr 2018 Ərdoğan Xaşuqci istintaqından nə əldə etmək istəyir?
21 Oktyabr 2018 "Qaşıqçının öldürülməsi Məhəmməd bin Salmana incə bir mesaj idi” - POLİTOLOQ
15 Oktyabr 2018 Azərbaycan prezidenti bəzi görüşlərdə niyə "tərcüməçi" kimi görünür?
06 Oktyabr 2018 Oqtay Gülalıyevə hücum edənlərin "MTN DOSYESİ": Şəbəkənin "OYUN"ları - VİDEO
19 Sentyabr 2018 ƏRDOĞANIN SOÇİ QƏLƏBƏSİ –Türkiyə lideri təxribat olacağı haqda Putini xəbərdar edibmiş - TƏHLİL
17 Sentyabr 2018 RUSİYA-ÇİN İTTİFAQI NƏ DƏRƏCƏDƏ MÖHKƏMDİR? –Tərəflər arasındfa strateji etibarsızlıq mövcuddur
08 Sentyabr 2018 "ABŞ-a gücləri çatmayacağı üçün ilk növbədə Türkiyəyə təzyiq göstərəcəklər" -EKSPERT
02 Sentyabr 2018 İDLİBDƏ QİYAMƏT GÖZLƏNTİSİ –Rusiyanın Əsədə dəstək əməliyyatı yeni fəlakətlərə yol aça bilər - TƏHLİL
24 Avqust 2018 ƏRDOĞANIN ABŞ STRATEGİYASI ƏLEYHİNƏ “İSTANBUL KANALI” LAYİHƏSİ:bu layihənin qarşısını kimlər, necə kəsəcəklər? - ARAŞDIRMA
17 Avqust 2018 "Azərbaycan "Putinin NATO-su"na üzv ola bilməz" - Politoloqdan geniş şərh
12 Avqust 2018 XƏZƏRİN STATUSU – ÜSTÜ MÜƏYYƏNLƏŞDİ! QALDI DİBİ…Aktau sammitindən hansı nəticələr çıxır? (Təhlil)
11 Avqust 2018 XƏZƏR KONVENSİYASI AZƏRBAYCANA NƏ VERƏCƏK? –Türkmən qazının Qərbə daşınması perspektivi var, amma...
07 Avqust 2018 "İran üçün daha pis günlər başlayır" -EKSPERT
04 Avqust 2018 Rusiya Ermənistanı dəstəksiz qoyarmı?
31 İyul 2018 Türkiyə-ABŞ münasibətləri qırılma həddinə çatıb
17 İyul 2018 PUTİNİN YANINDA BÜLBÜLƏ DÖNƏN TRAMP:"New York Times" Rusiya prezidentini "quldur" adlandırdı - TƏHLİL
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.