Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_natiqceff.jpg
"OPEK+ anlaşması bazarda bir müddət qiyməti yuxarı darta bilər, amma fundamental iqtisadi faktorlar önə çıxan kimi qiymətlər yenə aşağı enəcək".

Ardını oxu...

neft_xerite.png
Stanslav Tarasov

regnum.ru, 05.12.2018

 “Reuters” Azərbaycan hökuməti üçün acı xəbər verib. “Exxon Mobil”-dən sonra Amerikanın daha bir neft nəhəngi “Chevron” Azəri-Çıraq-Günəşli (AÇG) blokundakı neft yataqlarını istismar edən beynəlxalq konsorsiumdakı payını satmağa hazırlaşır. Qeyd olunur ki, “Exxon Mobil” AÇG-dəki 6,8%-lik payını satarkən iki milyard dollara yaxın əldə etməyi kəsdirir, “Chevron” isə bu layihədəki təkcə 9,6%-dən deyil, həm də Baklı-Tiflis-Ceyhan neft borusundakı 8,9%-dən də imtina edir. Bakının Haqqin.az portalının qeydə aldığı kimi, “Amerikanın neft-qaz şirkətləri 25 ildən sonra Azərbaycanı tərk edir”. Və dəqiqləşdirir: “1994-cü ildə “Əsrin müqaviləsi”nə Amerikanın, üçü bu günə kimi artıq öz payını satmış və ölkəni tərk etmiş beş şirkəti qatılıb”.

 Bakının layihələri qabaqlar ABŞ və Qərb ölkələrinin dəstəyini alıb, çünki hesab olunurdu ki, bu, Avropanın Rusiya xammalından asılılığını azaldacaq. Amerikanın Beynəlxalq münasibətlər üzrə şurasının “XXI yüzilliyin energetika siyasətinin strateji çağırışları” araşdırmasını yada salaq. Güman olunurdu ki, Vaşinqton bütünlükdə Xəzərdə və xüsusən də Azərbaycanda öz təsirini fəallaşdırmaq sayəsində OPEK-dən asılılıqdan imtina edəcək. İndi obyektiv amil işə düşür: AÇG-də geoloji səbəblərdən neft hasilatı səviyyəsi düşür, bunu əvəzləyə biləcək başqa layihələr isə yoxdur. Azərbaycan üçün strateji önəmi olan BakıTiflis-Ceyhan və Bakı-Supsa neft boruları göstərilən tendensiya sayəsində tezliklə “boşalmağa” başlayacaq. Bakının bəzi ekspertləri bununla bağlı qeyd edirlər ki, Azərbaycanda AÇG yatağının ehtiyatları dövlət sirridir. Amma onların xarici həmkarları hesab edirlər ki, AÇG-də cari hasilat səviyyəsi 2019-cu ilə doğru tükənəcək.

Yəni Qərbin “2013-2020-ci illər dövründə ABŞ və Britaniyanın Azərbaycandakı ən önəmli geopolitik və strateji layihələrin gerçəkləşdirilməsini yığışdırmasının gərəkəcəyi”ni iddia edən bir çox analitiklərin proqnolaşdırdığı baş verir. Və bundan sonra işlər necə gedəcək? Azərbaycanda neft və kondensat hasilatının azalması, əmtəə qazı istehsalının düşməsi ölkəni mavi yanacaq idxalatçısına çevirib. Cəmi üç ildə – 2015-2017 – qaz idxalı 107 milyon kubmetrdən 1,7 milyard kebmtrdən yuxarı 16 dəfə sürətlə qalxıb. Çox ehtimal ki, idxal 2018-ci ildə daha xeyli olacaq. Məlum konyunktur səbəblərdən müəyyən mərhələdə mühüm beynəlxalq neft və qaz hasilatı mərkəzi ad-sanını saxlayan, az qala, Fars körfəzinə alternativ təqdim olunan Xəzər bölgəsi bütünlükdə statusunu itirir.

Xəzər beşliyinin üzvləri Moskva və Tehran enerji resurslarına görə liderlər sırasında qalsa da, onların əsas resursları burada yerləşmir. İranınkı ən çox Fars körfəzi zonasında, Rusiyanınkı Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə, Arktikadadır. Belə bir önəmli məqamı da qeyd edək. Məsələ burasındadır ki, bilici neftçilər ABŞ və Qərbin bəzi ölkələri tərəfindən gerçəkləşdirilməsi AÇG yataqlarının gerçək ehtiyatları və bazar şəraitiylə əlaqələndirilməyən Bakı-Tiflis-Ceyhan neft borusunu başlanğıcdan siyasi layihə adlandırıblar. Baş amil “məqsədəuyğunluq” hesab olunub. Buna görə də “Chevron” şirkətinin bu layihədən çıxması siyasi və geopolitik dəyər qazanır. Bakı daxili siyasət baxımından gec, ya tez başqa resurslardan istifadə edərək zəruri sosial-iqtisadi problemlərin həllinə səy göstərməli olacaq ki – və artıq başlayıb – bu da məntiq üzrə müəyyən daxili-siyasi dəyişikliklərə gətirməlidir.

Bakı geopolitika baxımından özünün xarici siyasət vektoruna yenidən baxmağa, ABŞ və NATO ilə dialoqda qabaqkı kimi “rus kartı”yla kələk gəlməyə çalışmadan Moskvaya yüksək diqqət yetirməyə vadar olacaq. Axı Azərbaycan hökumətinin Qarabağ məsələsində Qərbdəki “energetik tərəfdaşlar”ın Bakının tərəfində çıxış edəcəyinə ümudi baş tutmayıb. İndi məsələ belə durur: Moskva Qərb tərəfdən bu bölgəyə marağın azalmasıyla bağlı açılan yeni əməliyyat imkanlarından öz maraqları üçün yararlanmağa hazırdırmı? Hələlik dəyərləndirmələrin müəyyən düzəlişi baş verir./Tərcümə Strateq.az-ındır./

Sozcu.az

elillik.jpg
2018-ci il üçün 3 dekabr – Beynəlxalq Əlilliyi olan şəxslər günüdür.

Ardını oxu...

ruuufftt.jpg
Rüfət Muradlı

Ardını oxu...

iranettt.jpg
İran şiə məzhəbinin yayıldığı müxtəlif ölkələrdə dini-siyasi qruplaşmaların yaradılmasında adətən Livanda fəaliyyət göstərən və bu ölkədə, eləcə də Yaxın Şərqdə ciddi hərbi gücə çevrilən “Hizbullah” modelindən istifadə edir. Əhalisinin əksəriyyəti şiə məzhəbinə inanan Azərbaycanda din üzərindən siyasi təşkilatlanma həyata keçirməyə, Azərbaycan dövlətinə qarşı dini-siyasi qruplaşmalar yaratmağa cəhd edən İranın “Hizbullah” modelini ölkəmizdə də tətbiq etmək planı sirr deyil.

Ardını oxu...

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_erdo_22221.jpg
Səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümü ilə bağlı suallara cavab tampaq istəyən jurnalistin dostları tənqidçilərini təqib edən, jurnalistləri həbs edən və ölkədəki media orqanlarını bağlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ümid bağlayıb.

Ardını oxu...

ehedmemmedli.jpgQaşıqçının öldürülməsi ilə ən böyük zərbə Səudiyyə Ərəbistan timsalında vəliəhd Məhəmməd bin Salmana vuruldu.

Ardını oxu...

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_QQB.jpgAnTV-in aparıcısı, KQB-in stajlı "qəzetçi"si Gülnaz Qəmbərlinin bu günki saxta diloqu və tanınmış Hüquq Müdafiəçisi Oktay Gülalyevlə olan hücümü Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsinin dövlət təminatının olmamasını bir daha təsdiq edir… KİV qanunvericiliyinə görə jurnalistin vəzifə borcu Azərbaycan vətəndaşlarının pozulmuş hüqularını qorumaq onun vəzifə borcu oldugu halda KQB-lə iş birliyində bizim əleyhimizə jurnalist etikası və əxlaqını pozaraq cinayət xarakterli böhtan kompaniyası aparır . Özü oturub Bakıda DTX-in Avropada yerləşdirdiyi qatı cinayətkar şəbəknin əli ilə siyasi mühacir alveri aparır.

Ardını oxu...

erdo_put-sochi.jpg
Aleksandr Jelenin

rosbalt.ru, 18.09.2018

Ardını oxu...

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.