Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_akifcovdarov45.jpg
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun barələrindəki məhkəmə qərarından verilmiş kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 Sozcu.az xəbər verir ki, Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Akif Çovdarov və digər şikayət edən şəxslərin şikayətlərinin geri götürmələri barədə verdikləri ərizə təmin olunub.

Bu səbəbdən kasasiya şikayətləri baxılmamış saxlanılıb.

Qeyd edək ki, Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanov, həmçinin onların vəkilləri tərəfindən kasasiya şikayəti verilib. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Həmçinin Akif Çovdarovun oğlu Ruslan Çovdarov, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova kasasiya şikayəti veriblər.

Onlar əmlaklarının üzərindən həbsin götürülməsini istəyiblər.

Bundan başqa, cinayət işi üzrə bir neçə zərərçəkmiş də Ali Məhkəməyə müraciət ediblər.

Bütün şikayətlər araşdırılması üçün bir icraatda birləşdirilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb. Həmçinin Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib.

Dövlət Təhlükəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası, eləcə də cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub. Məhkəmənin daha bir qərarı ilə 8-ci kilometr bazarı kimi tanınan ticarət müəssisəsi dövlət nəfinə müsadirə olunacaq.

Karvansaray epizodu üzrə iş adamı Qədir Ədilova qarşı cinayətin törədilməsi sübuta yetirilməyib. Həmin epizodlar üzrə cinayət işinə xitam verilib.

Akif Çovdarovun ailə üzvlərinin qaldığı evlər və onların adlarına olan mülklər müsadirə olunmayıb, həmin mülklərin üzərinə qoyulan həbs götürülüb.

Səlim Məmmədovun da ailə üzlərinin yaşadıqları evlərin üzərindən həbs götürülüb, təqaüd kartına qoyulmuş həbs qərarı ləğv edilib. İş üzrə 16 nəfər mənəvi zərərçəkmişin, eləcə də cinayət işində zərərçəkmiş qismində tanınan "Metropolitenin"nin sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin rəisi Tağı Əhmədovun 3 milyon manatlıq mülki iddiası da təmin edilməyib.

Hökmə əsasən Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib.

Hökmdə həmin maddələr üzrə Akif Çovdarov və digər şəxslərə həmin maddələr üzrə bəraət verilməsi və yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib.

Sadəcə, hökm elan olunan zaman bu maddələr üzrə cəza təyin edilməyib.

Akif Çovdarov və onunla birlikdə mühakimə olunanlar Bakı Hərbi Məhkəməsinin hökmündən apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bundan başqa, Akif Çovdarovun ailə üzvləri və cinayət işi üzrə zərərçəkmişlər də apelyasiya şikayəti veriblər.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə tərəflərin apelyasiya şikayətləri təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var.(Teleqraf.com)

Bölmənin digər xəbərləri

16 Fevral 2019 Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: - o, ayda 120 min manat...
16 Fevral 2019 Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?.. - İLGİNC
15 Fevral 2019 Ramin Hacılının həbs müddəti artırıldı - Qərar
14 Fevral 2019 “Lotu Quli” yeni bazar uğrunda müharibəyə başladı - Avtoriteti güllələtdi
14 Fevral 2019 Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
14 Fevral 2019 "İçərişəhər" metrosunda qəfil problem yarandı
13 Fevral 2019 Güclü külək, yağış və qar - HAVA DƏYİŞİR
13 Fevral 2019 Samir Şərifovun da durumu gərgindir... - Dəyişiklik gözlənitisi
12 Fevral 2019 İşdən çıxarılandan sonra xəstəxanaya düşən məmurlar - SİYAHI
12 Fevral 2019 Söyün Sadıqov həbs olundu - Təcili
12 Fevral 2019 İlham Əliyev Zahid Orucu sədr təyin etdi
10 Fevral 2019 Qaçqınlar evlərinə QAYIDIR
09 Fevral 2019 Kiyevdə polis bölməsinə hücum edildi: 40 nəfər...
09 Fevral 2019 “Ayrılıq” mahnısının müəllifi öldü
09 Fevral 2019 Nazirlik sahibkarları hədələdi
09 Fevral 2019 Biznesmenin oğlu üç uşaq anası olan şəhid qızını öldürdü, atası qanı batırmaq üçün 52 min manat verdi
08 Fevral 2019 İnterpolun axtardığı rusiyalı terrorçu Türkiyədə tutuldu
08 Fevral 2019 Kimlərin maaşı artırıldı? - ƏƏSMN açıqladı
08 Fevral 2019 Zəlzələdən zərər çəkənlərə maksimum 30 min manat sığorta pulu veriləcək
08 Fevral 2019 Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə biləcəklər
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.