Xəbər lenti

2111212SA.jpg
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 31 yaşlı Elnur Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sozcu.az Virtualaz.org-a isitnadən xəbər verir ki, müxtəlif sxemlərdən istifadə olunmaqla törədilən dələduzluq əməllərinin geniş yayıldığı, məhkəmələrin az qala hər gün belə işlərə baxdığı bir vaxtda E.Babayevin işi daha sensasion məqamı ortaya çıxarıb.
Belə məlum olub ki, bu şəxs Bakıda geniş imkanları olan biznesmenin yetkinlik yaşına çatmamış oğlu tərəfindən “Jeep”lə vurulub öldürülən iki uşaq anasının qanını batırmaq üçün qadının “sərxoş olması” haqda ekspertiza rəyi əldə edəcəyini vəd edib və biznesmen bu məqsədlə ona 52 min 500 manat verib. Amma daha sonra qəza və onu törədənin kimliyi ictimailəşdiyinə görə plan baş tutmayıb.

Xatırladaq ki, bu qəza 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində baş verib. “Jeep Grand Cherokee” ” markalı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Könül Əkbərovanı vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində keçinib. Qəzanı Akif Rəhimovun 17 yaşlı oğlu, Bakı Dövlət Universitetinin tələbəsi Rəhim Rəhimov törədib. Lakin hadisə yerinə Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov gələrək qəzanı öz boynuna götürüb.

Sonradan qəza ilə bağlı xəbər ictimailəşəndən, mərhumun ailə üzvlərinin şikayətindən sonra iş yenidən araşdırılıb. Hadisə şahidləri qəzanı törədən şəxsin gənc oğlan olduğunu görməsi istintaqın axarını dəyişib. Qəza ilə bağlı açılan cinayət işi müstəntiq Vüqar Abbasovdan alınıb. Yeni istintaqla müəyyən edilib ki, qəzanı məhz Rəhim Rəhimov törədib. Baş vermis hadisədən 20 gün sonra 17 yaşlı gənc saxlanılıb.

Hazırda baxılan dələduzluq işinin materallarında isə göstərilir ki, Elnur Babayev biznesmen Akif Rəhimovdan 52 min 500 manat pul alaraq əvəzində onun oğlu Rəhim Rəhimovun törətdiyi cinayəti ört-basdır edəcəyini vəd edib. Belə ki, iş adamı qəza zamanı oğlunun maşınla vurub öldürdüyü şəhid qızının “sərxoş olması” barədə ekspertiza rəyi alacağına dair vəd verib.

Həmçinin, müstəntiq Vüqar Abbasovun köməyi işi Akif Rəhimovun oğlunun xeyrinə həll edəcəyinə onu inandırıb. Sövdələşmənin şərtlərinə əsasən həmin 52.500 manatın 10 min manatı qadının “sərxoş olması” haqda ekspertiza rəyinin əldə olunmasına, qalan 42 min 500 manat isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın Rəhimin deyil, onların ailə sürücüsünün adına rəsmiləşdirilməsinə sərf ediləcəkdi.

Amma E.Babayev vədlərinə əməl edə bilməyib. Belə ki, qəza hadisəsi ictimailəşdirildikdən sonra Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov (E.Babayev müstəntiq V.Abbasovun “işçisi”, yaxud əlaltısı olub-red.) vəzifə borcunu yerinə yetirərkən ciddi nöqsanlara yol verdiyinə görə işdən çıxarılıb.

Məlumata görə E.Babayev A.Rəhimovla "Yeganə" şadlıq sarayında görüşüb və pulu alıb. O, biznesmendən 52 min 500 manat alması barədə müqaviləyə də imza atıb. Lakin sövdələşmə alınmayanda pulu qaytarmayıb və biznesmen ondan şikayətçi olub. Məlum olub ki, E.Babayevin əməllərindən başqa zərərçəkənlər də var. E.Babayevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi fevralın 12-də davam edəcək.

Oğlunun öldürdüyü 3 uşaq anasının qanını batırmaq istəyən Akif Rəhimov “Xırdalan Xəz” ASC-nin və “Yeganə” şadlıq sarayının sahibidir. Habelə başqa çoxsaylı obyektləri var. O, O, deputatlığa namizəd də olub.

Qəzada ölən K.Ələkbərova isə Qarabağ müharibəsində şəhid olmuş Elton Ələkbərovun qızıdır. Bu hadisə geniş ictimai rezonans doğurmuşdu və nəticədə biznesmenin oğlun həbs etmişdilər. Lakin hazırda həmin gənc azadlıqdadır, çünki barəsində yüngül cəza verilmişdi.

Oğlunun öldürdüyü qadının qanını batırmaq üçün müstəntiqin əlaltısı ilə bu cür cinayət sövdələşməsinə girən biznesmen özü niyə məsuliyyətə cəlb edilməyib, bu sual açıq qalır.

Bölmənin digər xəbərləri

16 Fevral 2019 Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: - o, ayda 120 min manat...
16 Fevral 2019 Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?.. - İLGİNC
15 Fevral 2019 Ramin Hacılının həbs müddəti artırıldı - Qərar
14 Fevral 2019 “Lotu Quli” yeni bazar uğrunda müharibəyə başladı - Avtoriteti güllələtdi
14 Fevral 2019 Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
14 Fevral 2019 "İçərişəhər" metrosunda qəfil problem yarandı
13 Fevral 2019 Güclü külək, yağış və qar - HAVA DƏYİŞİR
13 Fevral 2019 Samir Şərifovun da durumu gərgindir... - Dəyişiklik gözlənitisi
12 Fevral 2019 İşdən çıxarılandan sonra xəstəxanaya düşən məmurlar - SİYAHI
12 Fevral 2019 Söyün Sadıqov həbs olundu - Təcili
12 Fevral 2019 İlham Əliyev Zahid Orucu sədr təyin etdi
11 Fevral 2019 Çovdarov və ailəsi şikayətlərindən imtina etdilər – Qərar açıqlandı
10 Fevral 2019 Qaçqınlar evlərinə QAYIDIR
09 Fevral 2019 Kiyevdə polis bölməsinə hücum edildi: 40 nəfər...
09 Fevral 2019 “Ayrılıq” mahnısının müəllifi öldü
09 Fevral 2019 Nazirlik sahibkarları hədələdi
08 Fevral 2019 İnterpolun axtardığı rusiyalı terrorçu Türkiyədə tutuldu
08 Fevral 2019 Kimlərin maaşı artırıldı? - ƏƏSMN açıqladı
08 Fevral 2019 Zəlzələdən zərər çəkənlərə maksimum 30 min manat sığorta pulu veriləcək
08 Fevral 2019 Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə biləcəklər
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.