Xəbər lenti

raket_bal_e.jpg
Rusiya "Bal-E” sahil mənzilli raket komplekslərini Azərbaycana satmaqdan imtina edib.

 Sozcu.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Kommersant” hərbi-sənaye dairələrindəki mənbələrə istinadən yazıb.

Səbəb isə budur ki, həmin raketlərin Rusiyanın Xəzər donanmasının gəmiləri üçün təhdid yaradacağını hesab ediblər. Habelə Rusiya istəmir ki, bu raketlər Qarabağda istifadə olunsun.

Azərbaycanın Rusiyadan "Bal-E” raket komplekslərini almaq niyyəti barədə məlumatlar hələ bir neçə il əvvəldən yayılmışdı. Daha sonra tərəflərin müqavilə bağladığı, yaxud müqavilə bağlamaq ərəfəsində olduğu bildirilirdi. Ancaq qəzet yazır ki, tərəflər bu raket komplekslərinə dair qəti qərara gəlsələr də Müdafiə Nazirliyi yekun müqavilənin imzalanmasına qarşı çıxıb. Bu raketlərin Azərbaycana verilməsini "məqsədəuyğun” hesab etməyib. Hərbçilər belə qənaətə gəliblər ki, raketlərin hətta ixrac modifikasiyası Xəzərdəki Rusiya gəmiləri üçün potensial təhdid yaradacaq.

"Bal-E” sahil mənzilli raket kompleksi ərazi sularına nəzarət, bazaların, sahilyanı infrastrukturun və dəniz kommunikasiyalarının müdafiəsi üçün nəzərdə tutulub. Kompleksin tərkibinə özüyeriyən komanda-idarəetmə və rabitə məntəqəsi, gəmilər əleyhinə raketlər daşıyan özüyeriyən buraxılış qurğusu, nəqliyyat-doldurucu maşınlar daxildir. Kompleksin daşıdığı raketlərin atəş məsafəsi 120 kilometrdir.

"Kommersant”ın məlumatına görə tərəflər əvvəlcə Azərbaycana o qədər də böyük olmayan partiyada "Bal-E” komplekslərinin və onlarla 3M24 raketinin təchizatına dair müqaviləni paraflayıblar. Bu raketlər "Bal-E” komplekslərinin Rusiya ordusu üçün nəzərdə tutulan X-35E raketlərinin ixrac versiyasıdır. Lakin tərəflər müqaviləni imzalaya bilməyiblər, çünki Müdafiə Nazirliyi etiraz edib.

"Bu arqumentlə mübahisə etmək faydasızdır, ona görə də paraflanmış müqavilə masanın üzərindən götürüldü, bizim mövqeyimiz eşidildi”-hərbi mənbələrdən biri deyib.

Müdafiə Nazirliyindən bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb. Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətdən və "Rosoboroneksport”dan isə şərh vermək istəməyiblər.

Yüksək rütbəli mənbənin sözlərin görə, "Bal-E” raketlərinin Azərbaycana təchizatı "olduqca həssas geosiyasi nüansla bağlı” hazırda müzakirə olunmur. Çünki son illər X-35 tipli raketləri nəinki dəniz hədəflərinin, eləcə də yerüstü hədəflərin vurulması üçün modernləşdiriblər. Moskva isə istəmir ki, Bakı bu silahı Dağlıq Qarabağda tətbiq etsin.

"X-35 raketləri hazırda yerüstü hədəfləri də vura bilir. Biz istəməzdik ki, Azərbaycan bu raketi Qarabağda tətbiq etsin”-mənbə deyib.

Hazırda "Bal-E” kompleksləri ancaq Rusiya və Vyetnam ordularının silahlanmasında yer alır.

Azərbaycan bu komplekslərə 2014-cü ildə maraq göstərməyə başlayıb və azı bir diviziyon "Bal-E” kompleksləri almaq istəyirdi.

Belə demək olar ki, Rusiyanın "Bal-E” komplekslərini Azərbaycana satmaqdan imtina etməsi silahlanma baxımından Bakı üçün ciddi itki deyil. Çünki Azərbaycan öz ordusunun silah təchizatını çoxdan şaxələndirib və taktiki-texniki göstəricilərinə görə "Bal-E” komplekslərini əvəzləyən müasir raket kompleksləri əldə edib. Məsələn, İsrail Azərbaycana artıq "Barak-8” zenit-raket komplekslərini satıb. Bu komplekslərin gəmilər və dəniz hədəflərinə qarşı modifikasiyası da mövcuddur, Azərbaycana isə İsraildən həmin modifikasiyalı raketləri almaqla bağlı heç bir problemi ola bilməz.

Yaxud elə bu günlərdə açıqlandı ki, Fransa Azərbaycana Aster-30 SAMP/T zenit-raket komplekslərinin satışına icazə verib. Bu komplekslərin dəniz hədəflərinə qarşı nəzərdə tutulmuş modifikasiyası (Aster-15 raketləri ilə təchiz olunmuş) da mövcuddur və istisna deyil ki, Bakı komplekslərin hər iki modifikasiyasını nəzərdən keçirir.

Lakin o başqa məsələdir ki, Rusiya Müdafiə Nazirliyində "Bal-E” komplekslərinin Azərbaycana verilməsini Xəzərdəki Rusiya hərbi gəmiləri üçün potensial təhdid hesab ediblər. Axı Rusiya Azərbaycan üçün strateji tərəfdaş ölkədir və onların arasında Xəzərdə potensial hərbi toqquşma ehtimalı ağlasığmazdır.

Qarabağda istifadə məsələsinə gəldikdə isə Azərbaycan onsuz da son illərdə Belarus, İsrail və digər ölkələrdən daha uzaqmənzilli, daha böyük dağıdıcı gücə malik raket-artilleriya sistemləri alır. Yəni "Bal-E” raketləri olmadan da Azərbaycan işğal altındakı ərazilərinin istənilən nöqtəsinə dəqiq raket zərbələri endirmək potensialındadır.

Bölmənin digər xəbərləri

18 Dekabr 2018 Azərbaycandan Türkiyə ali məktəblərinə attestatla qəbul dayandırılır –Rəsmi sənəd
17 Dekabr 2018 Mingəçevirə yeni icra başçısı təyin olundu –SƏRƏNCAM
14 Dekabr 2018 Cavid Qurbanovun rəis qardaşı işdən çıxarıldı - Yeni təyinat
13 Dekabr 2018 Avtomobildə siqaret çəkənlərin diqqətinə! - Cərimə oluna bilərsiniz
12 Dekabr 2018 Tural Abbaslı "Qarabağ Komitəsinin" sədri oldu
07 Dekabr 2018 DTX əhaliyə xəbərdarlıq etdi: belə hallar yaranarsa, quruma müraciət edin
07 Dekabr 2018 Yasamaldakı “tükürpədici ölüm” faktının gizlinləri-FOTO-VİDEO
06 Dekabr 2018 Fransa şokda: "Sarı jiletlilər" çevrilişə və öldürməyə gəlir
06 Dekabr 2018 AÇG və Şahdəniz yataqlarından nə qədər gəlir əldə edilib? –ARDNF açıqladı
06 Dekabr 2018 İDLİB DÜYÜNÜ HƏLƏ DƏ ÇÖZÜLMƏZ QALIR –Rusiyanın səbri tükənir, Türkiyə möhlətin uzadılmasını istəyir - TƏHLİ
06 Dekabr 2018 ABŞ Qara dənizə hərbi gəmi göndərir –Pentaqon Türkiyə hökumətindən icazə istəyir
05 Dekabr 2018 Dövlət Himnini oxumamaq məsuliyyətə səbəb olacaq
05 Dekabr 2018 Elşad İskəndərova yeni vəzifə verildi
04 Dekabr 2018 Ermənistan Su-25-i yerə çırpıldı: meyitlər və qalıqlar tapıldı
04 Dekabr 2018 “Stratfor” gələn üçün siyasi proqnozlarını açıqladı:Geosiyasi mühitin kəskinləşməsi Türkiyəyə başağrısı yaradacaq
04 Dekabr 2018 Hökumət hərbi vəziyyət şəraitində telekanal, radio, poçt və digər rabitə vasitələrinin necə fəaliyyət göstərməsi haqda qaydaları təsdiqlədi –Detallar
03 Dekabr 2018 AFFA-dan UEFA-ya: Xəritə səhvini düzəldin, Naxçıvan...
02 Dekabr 2018 Bu ölkələrə vizasız gedəcəyik - Siyahı
30 Noyabr 2018 Azərbaycanda kredit borcları ilə bağlı 400 minə yaxın məhkəmə qərarı çıxarılıb
28 Noyabr 2018 Gələn ildən işlənmiş avtomobillər bahalaşacaq –Bazarlarda canlanma yaranıb
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.