Xəbər lenti

stratfor.jpg
“2019-cu ildə Böyük Dövlət yarışması daha da qızışacaq. Birləşmiş Ştatlar Çinə qarşı strateji hücumunu gücləndirəcək, bunu tariflər, sanksiyalar, yeni yaranan texnologiyalar üzərində nizamlayıcı buferlər, Tayvana dəstəyin artırılması, Cənubi Çin Dənizində özünü daha çox göstərmək yoluyla edəcək.

 Geosiyasi mühitinin kəskinləşməsi Polşa və Tayvan kimi nisbətən zəif sərhəd ölkələrə strateji imkanlar açacaq. Di gəl, neytral ortama can atan Türkiyə, Hindistan və Vyetnam kimi orta ölkələrə nəhəng başağrıları yaradacaq.

Sozcu.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunları “Stratfor” təhlil mərkəzi gələn il üçün proqnozlarında qeyd edir.

Mərkəz bildirir ki, milli təhlükəsizliyə hədələri əsas gətirən Birləşmiş Ştatlar Avropaya, Yaponiyaya, Avstraliyaya, Kanadaya, Cənubi Koreya və Tayvana Çinin sərmayələrinə sədlər qurmaları üçün daha çox təzyiq göstərəcək. Bu isə süni zəkadan tutmuş 5G şəbəkəsinin buraxılmasına qədər strateji sahələrdə tədqiqat və ticarətə təsirini göstərəcək. Çinin aerokosmik və digər vacib sahələrdə geridə qalmamağa çalışması isə yalnız və yalnız korporasiyalarə kibertəhdidləri artıracaq və Birləşmiş Ştatların internet məkanındakı siyasətini aqressivləşdirməyə sövq edəcək.

“Stratfor” populist İtaliya hökumətinin gələn il avrozona üçün ən böyük təhdidi sərgiləyəcəyini qeyd edir. Brüssel Britaniyanın AB-dən sazişsiz çıxması ssenarisini əngəlləməyə çalışsa da, Britaniya parlamentindəki səsvermə nizamlı “Brexit”ə ən böyük maneə sayılır.

Birləşmiş Ştatlar İranı regionda təcrid etmək, onu içəridən zəiflətmək siyasətini davam etdirəcək. Bu, Vaşinqtonla Tehran arasındakı uçurumu daha da dərinləşdirəcək. İrana qarşı birgə gündəm isə Birləşmiş Ştatlarla Səudiyyə Ərəbistanının yüksək səviyyəli strateji münasibətlərini isidəcək, bu, xarici hökumətlərin vəliəhd şahzadə Mohammed bin Salman-ın liderliyindən narazılığına baxmayaraq baş verəcək.
Sozcu.az

Bölmənin digər xəbərləri

16 Fevral 2019 Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: - o, ayda 120 min manat...
16 Fevral 2019 Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?.. - İLGİNC
15 Fevral 2019 Ramin Hacılının həbs müddəti artırıldı - Qərar
14 Fevral 2019 “Lotu Quli” yeni bazar uğrunda müharibəyə başladı - Avtoriteti güllələtdi
14 Fevral 2019 Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
14 Fevral 2019 "İçərişəhər" metrosunda qəfil problem yarandı
13 Fevral 2019 Güclü külək, yağış və qar - HAVA DƏYİŞİR
13 Fevral 2019 Samir Şərifovun da durumu gərgindir... - Dəyişiklik gözlənitisi
12 Fevral 2019 İşdən çıxarılandan sonra xəstəxanaya düşən məmurlar - SİYAHI
12 Fevral 2019 Söyün Sadıqov həbs olundu - Təcili
12 Fevral 2019 İlham Əliyev Zahid Orucu sədr təyin etdi
11 Fevral 2019 Çovdarov və ailəsi şikayətlərindən imtina etdilər – Qərar açıqlandı
10 Fevral 2019 Qaçqınlar evlərinə QAYIDIR
09 Fevral 2019 Kiyevdə polis bölməsinə hücum edildi: 40 nəfər...
09 Fevral 2019 “Ayrılıq” mahnısının müəllifi öldü
09 Fevral 2019 Nazirlik sahibkarları hədələdi
09 Fevral 2019 Biznesmenin oğlu üç uşaq anası olan şəhid qızını öldürdü, atası qanı batırmaq üçün 52 min manat verdi
08 Fevral 2019 İnterpolun axtardığı rusiyalı terrorçu Türkiyədə tutuldu
08 Fevral 2019 Kimlərin maaşı artırıldı? - ƏƏSMN açıqladı
08 Fevral 2019 Zəlzələdən zərər çəkənlərə maksimum 30 min manat sığorta pulu veriləcək
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.