Xəbər lenti

calldd.jpg
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş,ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik kompensasiyanın verilməsi barədə Prezident Fərmanı ilə bağlı süründürməçiliklər davam edir. Dövlət başçısı şəhid ailələri ilə keçirdiyi görüşdə fərmanın icra olunması ilə bağlı tapşırıqlar versə də, bununla bağlı ciddi boşluqların olması özünü göstərməkdədir ki, bu boşluqlardan istifadə edən notariat kontorları əsasən əraziləri işğal olunmuş rayonların sakinləri olan məcburi köçkünləri qeyri-müəyyən vəziyyətdə saxlayıbdır.

Bunu Sozcu.az saytına "Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Elşən Əlisoy deyib: 

"Rayon notariat kontorlarında məcburi köçkünlərə sənədlərin hansı notariat kontorlarında toplanması ilə bağlı təlimatın olmadığı bildirilir. Bəzi notariat kontorlarda məcburi köçkünlərə deyilir ki,özəlləşdirmə çekləri aldığınız vaxt vərəsəlik hansı notariat kontorlarda müəyyənləşibsə, birdəfəlik kompensasiyanın alınması ilə bağlı da həmin notariat kontoruna müraciət etməlisiniz. Bəzi yerlərdə isə məcburi köçkünlərin hara və necə müraciət etmələri ilə bağlı təlimatın olmadığı bildirilir.

Ölkəni idarə edən məmurlar ya tam olaraq savadsızdırlar, ya da əllərinə düşən müxtəlif imkanlardan istifadə edərək insanları süründürməklə narazılıq yaradıb, bununla dövlət başçısına əzələ nümayişi göstərirlər. Hər halda nə edirlərsə, etsinlər bütün bu olanlardan əziyyət çəkən vətəndaşlar olur. Azərbaycanın 20% torpağı işğal altındadır. İşğal olunmuş rayonların sakinləri ölkənin müxtəlif bölgələrində məskunlaşıblar. Məmurların deməyindən belə çıxır ki, onsuz da maddi sıxıntılar içində yaşayan köçkün şəhid ailələri əlavə xərclər çəkərək öz rayonlarının notariat kontorlarına getməlidirlər. Əgər nəzərə alsaq ki, notariat kontorlar tək şəhid ailələrinin işləri ilə məşğul deyil, demək bir çox insan həmin rayonlarda qalıb. sənəd düzəltməli, əlavə əziyyətə düşməlidir. Prosesi asanlaşdırmaq üçün hər bir məcburi köçkün olan şəhid ailələri yaşadıqları bölgələrdə olan notariat kontorlara müraciət edib, işlərini asan şəkildə həll erməsi üçün şərait yaradılmasını təmin etmək daha yaxşı olmazmı?" 

Elşən Əlisoy qeyd edib ki, dövlət başçısı qanunların icra edilməsinə də nəzarət etməlidir:

Hesab edirəm ki, məmurların insanlara verdikləri bu əziyyətlər hakimiyyətdə vahid idarəçiliyin olmamasından irəli gəlir. Hər bir məmurun arxasında bir oliqarx dayanır və bu məmurlar üçün prezidentin sərəncam və fərmanlarından çox, arxasında dayanan oliqarxın tapşırığı daha çox əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev təkcə sərəncam və fərman verməklə işini bitmiş hesab etməli deyil. Dövlət başçısı qanunların icra olunmasına da nəzarət etməlidir. Bunun üçün prezidentə informasiyalar verən və dövlətdən külli miqdarda vəsaitlə təmin olunan müxtəlif qurumlar var. Məcburi köçkün olan şəhid ailələrinin süründürməçiliyə salınmasına son qoyun,cənablar"!

Anar Rəsullu 

Bölmənin digər xəbərləri

14 Fevral 2019 Müsavat başqanından "Qafqaz Evi" açıqlaması - FOTOLAR
25 Yanvar 2019 "Venesuala ilə dostluq münasibətləri olan Azərbaycan da ziyan çəkəcək" -Qubad İbadoğlu
16 Dekabr 2018 "İran konfransi"nda, "Azərbaycan müharibəyə başlamalıdır" - deyən təşkilat sədrinin İrana girişi yasaqlandı
03 Dekabr 2018 Eldar Mahmudovun istintaqa verdiyi ifadəsi yayıldı - Olanlardan “xəbərsiz” imiş..
26 Noyabr 2018 Abel Məhərrəmovun səfir oğlu haqda ŞOK ittihamlar
17 Noyabr 2018 "Mənim arxamda məni sevənlərin xeyir-duası var" - MÜBARİZ MƏNSİMOV
15 Noyabr 2018 Mübariz Mənsimovdan Firudin Cəlilova böyük dəstək
11 Noyabr 2018 "Sən o kresloda oturursansa, şəhid və qazi olan ərlərimizə borclusan" -MÜBARİZ MƏNSİMOV
08 Noyabr 2018 Bakıya daha bir robot gətirilir
06 Noyabr 2018 Hacı Şahin meyxana məclisində - VİDEO
03 Noyabr 2018 Cavad xanın kötükcəsinin qızının Avstraliyada toyu olub (FOTO)
24 Oktyabr 2018 Ceyhun Nəbini tənqidi yazılarına görə həbs ediblər - AXCP SƏDRİ
20 Oktyabr 2018 Rüfət Aslanlının Fransada çoxmilyonluq mülkiyyəti aşkar edilib
03 Oktyabr 2018 Ad günündə Elmar Vəliyevin yeni ŞƏKLİ yayıldı
24 Sentyabr 2018 Aprel Şəhidi Pəncəlinin qardaşı ağır durumdadır - iCTİMAİYYƏTƏ MÜRACİƏT
06 Sentyabr 2018 "Ağsu rayonuna verilən içməli su xəstəlik mənbəyidir" - ŞİKAYƏT
24 Avqust 2018 İslam Kərimovun portretləri və kitabları yandırılıb - adını çəkmək yasaqllandı
16 Avqust 2018 Qarabağı Ermənistan ərazisi kimi göstərən taksi xidməti kimindir? -VIDEO
09 Avqust 2018 Reuters: Gəncə hadisələri Azərbaycan rəhbərliyinə xəbərdarlıqdır
05 Avqust 2018 Anar Nağılbazın ölüm səbəbi nədir? - Atası danışdı - VİDEO (YENİLƏNDİ)
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.